ONN İnformasiya Agentliyi

Azərbaycanlı rəssamın əsəri beynəlxalq rəsm sərgisində – FOTO

Azərbaycanlı rəssamın əsəri beynəlxalq rəsm sərgisində – FOTO
24 Oktyabr 2021 - 13:32

Florensiyanin məşhur Fortezza Da Basso qalareyasinda 13-cü beynəlxalq rəsm sərgisi start götürüb.

ONN media xəbər verir ki, açılış mərasimdə tanınmış incəsənət nümayəndələri və Florensiyanin rəsmi şəxsləri iştirak ediblər.

Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsəri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib.

Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımiz gizli üslubda yağlı boya ilə çəkdiyi “Domesticated  Red” əsərini nümayiş etdirib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb.

Elaya media dəstəyi Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir. Tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png