ONN İnformasiya Agentliyi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib
12 Noyabr 2019 - 16:02
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB Azərbaycan Dövlət İqtisad Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib.
Tələbə və müəllimlərin qatıldığı tədbiri İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev açaraq bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı  layihənin  əsas məqsədi Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.
“Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini Cavid İsmayıl çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi dəyərləndirib. Bildirib ki,bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərməsi önəmlidir.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin  dosenti Sadiq Qurbanov ölkəmizin illərdir çətin sınaqlardan keçib bu günə gəlib çıxdığını vurğuladı. O qeyd etdi ki, 12 noyabr tarixi 1995-ci ildən Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Sadiq Qurbanov bildirdi ki, biz bu günü unutmamalı və bu günün vacibliyini hər zaman ön planda saxlamalıyıq. Sadiq Qurbanov layihənin əhəmiyyəti, görüşün məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.
Şair, sosioloq, professor Əhməd Qəşəmoğlu çıxışında bildirdi: “Azər­bayc­an xal­qı­nın böyük Qa­ra­bağ dərdi hamımız üçün ən ak­tu­al möv­zudur. Müharibə apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir. Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan. Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmə­nə isə ni­frət hissləri ilə böyüsün. Çıxışını vətənpərvərlik mövzulu şeirləri ilə tamamlayıb.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Yusif Cəfərbəyli çıxış üçün söz istəyib. O qeyd edib ki, Universitet daxilində yaradılmış İqtisadçı Vətənpərvərlər Təşkilatının sədridir. Yusif Cəfərbəyli çıxışında əslən Qarabağlı olduğunu söyləyib və doğma torpaqlarının düşmən işğalı altında olması onu və ailəsini çox hüznləndirdiyini bildirib. O, gənclərə çağırış edərək düşmənlərinin Azərbaycan xalqına etdiyi vəhşiliyi unutmamağı söyləyib.  Sonda kiçik muğam ifası ilə fikrini tamamlayıb.
Qeyd edək ki,  TAM-ın qalib gəlmiş “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı layihəsi, Vətənə məhəbbət, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır. Eyni zamanda insanlarımıza Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, zaman-zaman böyük güclərin təsirindən istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları qaldıran xalqlar, millətimizə qarşı soyqırımlar törədən, xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin, ölkəmizin dövlətçilik sütünlarını sarsıtmaq arzusunda olan qüvvələrin Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməmələrini aşılamaqdır.

Fəridə Qafarqızı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərliklə bağlı tədbir keçirilib

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png