ONN İnformasiya Agentliyi

Azərbaycan Zəngəzuru belə qaytaracaq – Ermənilər DETALLARI AÇDI

Azərbaycan Zəngəzuru belə qaytaracaq – Ermənilər DETALLARI AÇDI
03 Mart 2021 - 11:31

Ermənilər Azərbaycanın tarixi torpağı olan Zəngəzura iqtisadi yolla qayıdacağını proqnozlaşdırırlar.

ONN media  xəbər verir ki, erməni şərhçi Ruben Danielyan Azərbaycanın Süniki (Zəngəzur) güc yolu ilə yox, iqtisadi yolla ələ alacağını yazır:

“Əvvəl nəqliyyat-kommunikasiya əlaqələru qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər. Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar. Siyasətçilər çəkiləcək yolların strateji əhəmiyyətindən bəhs edəcəklər, insanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq. Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq”.

Ermənçi şərhçi hesab edir ki, bölgədə yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq.

“Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca bölgədə əlavə anbarlar açılacaq. Camaat Türkiyə və Azərbaycanın heç də pis olmadığına alışacaq, bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar. Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq. Ardınca türklərin özü gələcək, tədricən Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq. İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək. Türklərin sayı (Azərbaycan və Türkiyəni birlikdə götürürlər) əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq. Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək”, – o qeyd edir.

Azərbaycanın tarixi torpağı olan Zəngəzur Ermənistanın BMT tərəfindən tanınan sərhədləri tərkibində qaldığı üçün bölgəyə iqtisadi rahatçılıqla qayıtmaq ən unikal yolu da budur.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png