ONN İnformasiya Agentliyi

Bakıda “Çukur”un baş qəhrəmanı ilə GÖRÜŞ KEÇİRİLƏCƏK

Bakıda “Çukur”un baş qəhrəmanı ilə GÖRÜŞ KEÇİRİLƏCƏK
05 Oktyabr 2021 - 16:21

6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Baku International Book Fair 2021” – 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Ərcan Kesal (“Çukur” serialının baş qəhrəmanı İdris Koçovalı) ilə görüş keçiriləcək.

 ONN media xəbər verir ki, bu barədə “VII Bakı Beynəlxalq Kitab Sərgisi”nə həsr olunmuş mətbuat konfransında bildirilib.

Qeyd olunub ki, sərginin keçiriləcəyi 5 gün ərzində məşhur azərbaycanlı və xarici yazarlar sərginin müxtəlif günlərində “günün qonaqları” olacaqlar: Çingiz Abdullayev, Elxan Elatlı, Elçin Əliyev, Nail Əlizadə, Gülseren Buğdayıcıoğlu, Togrul Mehti Niyazi və digərləri.

Tarixçi Fuad Axundovun təqdimatında “Cənubi Qafqaz şəhərlərinin tarixi ənənələri” mühazirəsi baş tutacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png