ONN MEDİA

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü

Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü
12 İyun 2019 - 13:46

Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 65 yaşlı həkim-pediatr Sədaqət Şahsuvarova Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.

ONN media xəbər verir ki, onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında pasiyentinin ölümündə günahkar olmadığını bildirib:

“Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada öldü. Hazırda araşdırma gedir. Ölüm səbəbi qanda səbəbi bilinməyən infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik, xroniki pnevmaniyası da var imiş.

Əgər ən az 10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub”.

V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirib:

“Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik”.axar.az

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png