ONN İnformasiya Agentliyi

Bakının mərkəzində şikarı gözündən vuran təhlükəli quş TAPILDI – VİDEO

Bakının mərkəzində şikarı gözündən vuran təhlükəli quş TAPILDI – VİDEO
10 İyun 2021 - 14:41

Bakıda “28 May” metrosu yaxınlığında sakinlərin marağına səbəb olan qəribə quş növü peyda olub.

ONN media xəbər verir ki, sosial şəbəkələrdə videosu yayılan quş iki il əvvəl də ölkəmizdə görülüb.

Ornitoloq və ekoloq Elçin Sultanov tapılan canlının kiçik dan quşu olduğunu deyib. O, kiçik olmasına baxmayaraq, çox təhlükəli olan quşun əsasən, qamışlıq, kolluq ərazidə yaşadığını və yerdə yuvaladığını bildirib. Dan quşu adətən, su heyvanları ilə, həşəratlarla qidalanır və şikarını gözündən vurur. Quş ona yaxınlaşan insanları da gözündən vura bilər.

E.Sadıqov dan quşuna köç vaxtları, yəni payız-yaz aylarında tez-tez rast gəlindiyini və insanların da onları tutub gətirdiklərini söyləyib. İnsanlar bu quşları köç vaxtı çox zəiflədiyinə və onları əl ilə tutmaq asanlaşdığına görə tuta bilir.

Ornitoloq quşlar tutulubsa, onları göl qırağına buraxmaq, ən yaxşı halda isə onlara dəyməmək lazım olduğunu vurğulayıb.

Həmin videonu təqdim edirik:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png