ONN İnformasiya Agentliyi

BBC-nin aparıcısı Paşinyanı pis vəziyyətə saldı

BBC-nin aparıcısı Paşinyanı pis vəziyyətə saldı
14 Avqust 2020 - 12:42

Ermənistan Baş naziri Nikol Paşinyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib.

ONN media xəbər verir ki, müsahibə zamanı proqramın aparıcısı Stiven Sakur Paşinyana çətin anlar yaşadıb. Belə ki, veriliş zamanı Paşinyan “Qarabağ Ermənistandır nöqtə” açıqlamasına aydınlıq gətirməyə çalışıb:

“Niyə mən Dağlıq Qarabağın Ermənistan olduğunu dedim? Birincisi, Dağlıq Qarabağda bir neçə min ildir köklü erməni xalqı məskunlaşıb və yeri gəlmişkən bir neçə min ildir ad Artsaxdır”, – deyə o bildirib.

Paşinyan bu sözləri deyən zaman “millətçi mövqeyindən çıxış etmədiyini” deyib.

Bunun ardınca Qarabağda ermənilərin törətdiyi hərbi cinayətlərə görə Paşinyanın üzr istəyib-istəməyəcəyini soruşan Sakur bu sualına Nikoldan konkret cavab ala bilməyib. Sualın qarşılığında Paşinyan yenə əvvəlki kimi Xocalı soyqırımında sərsəmcəsinə Azərbaycanı ittiham etməyə başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png