Bitkoinin qiyməti aşağı düşdü

Bu gün keçirilən ticarət sessiyasında dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 45,97 min ABŞ dollarına düşüb.

ONN media  xəbər verir ki, bitkoinin satışında 11,1% enmə qeydə alınıb.

Bundan əvvəl bitkoinin məzənnəsi 46,783 min ABŞ dolları (-9,41%) səviyyəsində idi.