ONN İnformasiya Agentliyi

BNA – Bu Nədir, Allah? – Cavid İSMAYIL yazır

BNA – Bu Nədir, Allah? – Cavid İSMAYIL yazır
04 Sentyabr 2020 - 11:30

Cavid İSMAYIL.

Əfəndilər, bir xeyli müddətdir ki, dünyada onsuz da iqtisadi tənəzzül prosesi yaşandığı bir dönəmdə məlum COVİD- 19 pandemiyasının başlanması məlum tənəzzül prosesini daha da sürətləndirdi və demək olar ki, bu prosesdə zərər çəkməyən dövlət olmadı. Əfsuslar olsun ki, bu qlobal proseslər dünyanın bir parçası olan Vətənimiz Azərbaycanımızdan da yan keçmədi və bu vəziyyət bu gün də bütün dünyada davam etməkdədir.

Belə olan vəziyyətdə Azərbaycan dövləti tərəfindən elə ilk gündən atılan ardıcıl və məqsədyönlü tədbirlərlə də tanışıq. Eyni zamanda dövlət başçısı ən vacib məsələlərdən biri və bəlkə də ən birincisi olan dövlət büdcəsinin səmərəli istifadəsi və dövlət yığımınıa nəzarətin artırılması prosesinə diqqətləri yönəltdi və müvafiq qurumlara bununla bağlı çox ciddi tapşırıqlar verdi.

Elə bu yaxınlarda (6 avqust tarixində) cənab prezident İlham Əliyevin  koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə bir sıra aparıcı dövlət şirkətlərini sərt tənqid etməsi də zənnimcə qeyd etdiyim məsələnin tərkib hissəsidir.

Bu proseslərin fonunda büdcəyə səfərbər olunan hər qəpiyin qədrini bilmək, izafi xərclərin qarşısını tam almaq fonunda, qeyd edilən tənəzzülə baxmayaraq respublikamızda başlanılmış bütün sosial layihələrin tamamlanması və bir sıra zəruri sayılan yeni layihələrin başlanılmasıda aparılmaqdadır ki, bu da öz növbəsində Vətənimizin iqtisadiyyatının dayanıqlığının göstəricisi və dünya iqtisadi münasibətlərində, azərbaycan iqtisadiyyatının tez bərpa olunan xüsusiyyətinin göstəricisi kimində biruzə verməkdir.

Bu fonda elə əvvəlcədən nəzərdə tutulduğu kimi respublikamıza Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumat əsasında məlum oldu ki, Bakıya paytaxtda taksi kimi istifadə olunacaq “London Taxi TX-4 avto” avtomobillərinin- ümumilkildə 3000 ədəd yeni müasir taksilərin gətirilməsi nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd “London taksi”silərin vətəndaşlar üçün xidmətə artıq hazır olduğundan yenə də mətbuat səhifələrindən tanış olduq.

Təbii ki, insanlarımız və Vətənimiz ən yaxşılara layiqdir. Belə layihələr bizləri sevindirməyə bilməz. Eyni zamanda belə layihələr bir daha dövlətimizin iqtisadi gücünü dünyaya göstərmiş olur.

Elə bu əlamətdar hadisədən vətəndaşlarımızın fərəh hissi sovrulmamış dərhal   Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi, konkret olaraq qurumun şöbə müdiri Hikmət Babayevin TV ekranından taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışaraq, “… taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil…” deməsi  cəmiyyətimizdə doğru olaraq birmənalı qarşılanmadı. Bu münasibət insanlarımız tərəfindən çox böyük narazılıqla qarşılandı.

Yeri gəlmişkən hərdən müəyyən məsələləri düşünürəm və bəzi məmurları ümumiyyətlə anlaya bilmirəm. Cəmiyyətimizdə əfsuslar olsun ki, bəzi məmurlar aldıqları məvacibləri belə, avtobusda yolçuluq etdiyi və taksiyə “yaraşdırmadığı” əli qabarlı insanların hesabına aldığını, xoş rifahını elə əli qabarlı, ailəsini aldıqları cuzi məvaciblə ayın əvvəlindən axırına min bir zülmlə dolandıran məhz həmin kateqoriyalı insanların olduqlarını unudurlar.

Hərdən də düşünürəm ki, belə mühüm məsələləri xatırlamayan və ya hesaba almayan  belə məmurlara cəmiyyətimizdə yer olmamalıdır. Bəli bu qədər kəskin! Elə bu yerdə dədələrimiz bir deyimini xatırladım. “Qınından çıxıbqınını bəyənməyənlər

Əfəndilər, fikir verin. Ölkə başçısı “hər addımda, hər fürsətdə nə ediriksə xalqımızın rifahı üçün edirik, bütün xidmətimiz xalq üçündür, xalqımız ən yaxşılara layiqdir” dediyi halda belə məmurlar görəsən bu xalqdan nə istəyir?

Doğrudur, BNA şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirib və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan etsə də, bir vətəndaş kimin mənə maraqlıdır, görəsən konkret hansı inzibati tədbirlərdən söhbət gedir?

Əfəndilər, sizlərə maraqlı deyilmi?

Və konkret mən düşünmürəm ki, titrək və kövrək məmurların öz şəxsi fikri ola.

Nə isə…

Elə büdcə vəsaitinin səmərəli xərclənməsi konteksində bu arada ilk baxışdan adi görünsə də ümumilikdə zənnimcə çox vacib bir məsələni xatırladım.

Zamanında Bakının küçə və prospektlərində quraşdırılıan parklanma yerlərindəki parkomatlar xeyli vaxtdır ki, yığışdırılıb. Yığışdırılan parkomatların Fransada, xüsusilə Azərbaycan üçün istehsal edilməsi mediadan bizlərə məlumdur.

Bir vətəndaş kimi mənə bu mövzu ətrafında bir sıra məsələlər çox maraqlı gəldi.

Görəsən bu parkomatlara nə qədər vəsait xərclənib, bu xüsusi hazırlanmış qurğular vasitəsilə nə qədər dövlət büdcəsinə vəsait səfərbər edilib, bu qurğuların birinin alış qiməti və analoji qurğuların digər ölkələrdə neçəyə olması və ya niyə məhz həmin ölkə və həmin şirkət? İndi həmin parkomatlar harada saxlanılır və texniki cəhətdən hansı haldadır? Və ya elə yenə də mediadan oxumuşdum ki, 2014 cü ildə belə bir yazı getmişdi “Bakıda parkomatlar ayda 1,8 mln manat gəlir gətirir” (hələ nəzərə alsaq ki, daima qəbz verilmirdi).

Elə sosial şöbəkələrdə müassir avtodayanacaqların qurulması zamanı monitorların da quraşdırılması məsələsinə insanlarımız toxunmuşdur. Maraqlıdır onlar hansı vəziyyətdə və onlara nə qədər vəsait xərclənmişdir?

Suallar çoxdur. Əslində bu suallara  cavab  almağa  insanlarımızın haqqı var. Axı büdcəni formalaşdıran vəsaitin sahibləri insanlarımızdır. Təbii ki, soruşacaqdır.

Mən dəfələrlə yazılarımda qeyd etmişəm. Bəzi məmurlar özümüzdə olan hər hansı nailiyyəti görmür, gözü orda-burda, bəzən xaricdə özlərinə uyğun nailiyyət axtarmaqdadır ki, elə vəsait olsun onu burda tətbiq edək. Bu da bir başqa yazının mövzusu olsa da niyə Naxçıvan Muxtar Respublikasından taksi işinin təşkilini öyrənib tətbiq etmirsiz? Sürücülərin xüsusii geyim forması, təmiz, səliqəli, baxımlı. Sərnişinlərlə çox nəvaziş və hörmətlə rəftar etməkdən tutmuş, sükan arxasında nə siqaret çəkmək var, nə də ki …

Niyə orda bunu reallaşdırmaq olur, Bakıda yox? Nəyə görə taksilərdə post terminallar ya yoxdur, ya varsada işləmir? Ya bu məsələlərdən xəbəriniz yoxdur, ya da məsələləri həll etməyə gücünüz çatmır, ya da sərf etmir.

Yeri gəlmişkən onu da xatırladım ki, əli qabarlı, zəhmətkeş, müxtəlif kateqoriyada olan insanlar əlavə olaraq əsas iş saatlarından sonra məhz taksi xidməti göstərir və ailəsinin yaşamını sürdürür. Belələrinin içində mühəndis, müxtəlif dövlət işçisi, müəllim və s. vardır. Bəli, niyə bu sirrdir? Ya sizlər heç rastlaşmamısınız? Müəllim demişkən, məni bağışlasınlar bunları töhmət vermək üçün yazmıram, alın tərilə öz zəhmətləri ilə ailələrinin yaşamını sürdürən cəsarətli insanları qeyd etməklə cəmiyyətimizdə bu problemin də olduğunu da dilə gətirirəm. İndi böyük şirkətlər sıradan çıxartmağa kiçik taksiçiləri hədəfə alır və belələiklə şirkətlərin yığım hissəsini artırır fikri günümüzün real vəziyyəti ilə uzlaşmır. Heç uzlaşmır.

Elə bu yerdə BNA rəsmisinin məlum fikrini bir daha xatırlarkən düşünürəm, – Bu Nədir, Allah?

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png