ONN İnformasiya Agentliyi

Bu dövlət qurumlarının əməkdaşları 1 aylıq məzuniyyətə göndərildi – SİYAHI

Bu dövlət qurumlarının əməkdaşları 1 aylıq məzuniyyətə göndərildi – SİYAHI
20 Mart 2020 - 20:00

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktiki tədbirlər çərçivəsində dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi barədə məktub göndərib.

ONN media həmin təşkilatların adlarını təqdim edir.

I. Yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində aşağıdakı dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər:

  1. Mədəniyyət Nazirliyi
  2. Təhsil Nazirliyi
  3. Gənclər və İdman Nazirliyi
  4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  7. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  8. Diasporla İş üzrə Dövlət Komitəsi
  9. Dövlət Sığorta Kommersiya Şirkəti
  10. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
  11. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik
  12. Dövlət Turizm Agentliyi
  13. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
  14. ipoteka və Kredit Zəmanət Fondu
  15. Azərbaycan Milli Elmlər Akademiyası
  16. Milli Arxiv İdarəsi
  17. Milli Televiziya və Radio Şurası
  18. Hesablama Palatası
  19. “Mənzil İnşaatı Dövlət Agentliyi” PHŞ
  20. “Dövlət Reklam Agentliyi” PHŞ
  21. Əqli Mülkiyyət Agentliyi PHŞ
  22. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” PHŞ
  23. “İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzi” PHŞ
  24. Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ
  25. Azərbaycan Metrologiya İnstitutu PHŞ
  26. Azərbaycan Akkreditasiya Mərkəzi PHŞ
  27. “AzerGold” QSC
  28. “Azərbaycan Sənaye Korporasiyası” ASC
  29. “Azərkontrakf SC
  30. “Azəraqrartikinti” SC
  31. “Azneftkimyamaş” SC
  32. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı
  33. “Azərxalça” ASC
  34. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
  35. Mərkəzi Seçki Komissiyası
  36. Gənclər Fondu
  37. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı Fondu
  38. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
  39. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
  40. Əmanətlərin Sığortalanması Fondu
  41. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
  42. Sosial Tədqiqatlar Mərkəzi PHŞ
  43. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi PHŞ
  44. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

II. Aşağıdakı dövlət orqanları və qurumları, və onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan etibarən bir ay möddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər, həmin qurumların rəhbər şəxsləri və onların zəruri hesab etdiyi əməkdaşları işə çıxmaqla fəaliyyətlərini davam etdirsinlər:

  1. Müdafiə Sənayesi Nazirliyi
  2. Energetika Nazirliyi
  3. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  4. Dövlət Statistika Komitəsi
  5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  6. “Azərbaycan Beynəlxalq Bankı” ASC
  7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyaiar üzrə Dövlət Agentliyi
  8. Dövlət Neft Fondu
  9. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ
  10. “Dövlət İmtahan Mərkəzi” PHŞ
  11. “Azerbaycan Dövlət informasiya Agentliyi (AzərTAc)” PHŞ
  12. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi PHŞ
  13. “Dənizkənarı Bulvar idarəsi” PHŞ
  14. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
  15. “Azərkosmos” ASC

III. Dövlət orqanlarının və qurumlarının tabeliyində olan aşağıdakı elmi-tədqiqat müəssisələrinin işçiləri, zərurət olduqda həmin qurumların qəran ilə rəhbər şəxsləri və onların zəruri hesab etdiyi əməkdaşları istisna olmaqla, 2020-ci il mart ayının 29-dan başlayaraq əmək haqqı saxlanılmaqla bir ay müddətində ödənişsiz məzuniyyətə göndərilsinlər:

  1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin:
    1. 1. Əkinçilik Elmi-Tədqiqat institutu
    1. 2. Baytarlıq Elmi Tədqiqat İnstitutu
    1. 3. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
    1. 4. Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
    1. 5. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu
    1. 6. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutu
    1. 7. Heyvandarlıq Elmi Tədqiqat İnstitutu
    1. 8. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
    1. 9. Aqromexanika Elmi-Tədqiqat İnstitutu
    1. 10. Azərbaycan Dövlət Aqrar Universitetinin Aqromexanika Elmi-Tədqiqat İnstitutu
    1. 11. Azərbaycan Dövlət Aqrar Universitetinin Dövlət Aqrar inkişaf Mərkəzi 1. 12.Aqrar Tədqiqatlar Mərkəzi
    1. 13. Aqrar Elm və İnnovasiya Mərkəzi
  2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin: 2.1. S.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu. 2.2.Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizliyi Texnikası Elmi-Tədqiqat İnstitutu

3. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin:

3.1. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi

3.2 “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC

4. Azerbaycan Respublikası iqtisadiyyat Nazirliyinin iqtisadi islahatlar Elmi-Tədqiqat institutu

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM)

8. Azerbaycan Respublikası Dövlət Neft Şirkətinin:

8.1. “Neftqazelmitedqiqatlayihə” İnstitutu

8.2. “Elm fondu”

9. Azerenerji ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu

10. Azərsu ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu

11. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu

12. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutu.

I-III hissələrdə nəzərdə tutulan orqan və qurumların dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərinin, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisə və bölmələrinin iş rejimində dəyişiklik olmayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png