Bu gün Bülbülün vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq!

26 sentyabr (1897-1961) Azərbaycan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı, xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə Bülbül adı verilmiş Məmmədov Murtuza Məşədi Rza oğlunun vəfat etdiyi gündür.

Allah rəhmət eləsin.