Bu gün koronavirusa neçə nəfər yoluxub? – SON AÇIQLAMA

Azərbaycanda koronavirusa 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan ONN media -ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.