Bu gün Nazim Hacıyevin doğulduğu gündür

Unutmayaq, unutdurmayaq.

3 iyun (1924-1962) Azərbaycan SSR-in dövlət və siyasi xadimi olmuş Nazim Məmmədiyə oğlu Hacıyevin doğulduğu gündür.

Nazim Hacıyev Orta Asiyaya deportasiya olunmuş Ahıska türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri olmaqla yanaşı o, hələ SSR dönəmində erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş A.Mikoyanın təzyiqlərinə qarşı çıxış edərək, 1960-cı ilin dekabrında Sov.İKP MK-nın Rəyasət Heyətində və sonra – 1961-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunda) Dağlıq Qarabağın və Naxçıvanın tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olduğunu əsaslandırmış, həmin torpaqların Azərbaycan SSR ərazisində saxlanılmasına nail olmuşdur. Məhz buna görə həmin iclaslarda Mikoyan və Suslov onu “millətçilikdə” suçlamışlar.
Məhs elə bu hadisədən az sonra, erməni həkiminin vasitəsilə sözün əsl mənasında qətlə yetrilir.

Allah rəhmət eləsin!