ONN İnformasiya Agentliyi

Bu gün Yerə maksimal məsafədə asteroid YAXINLAŞACAQ

Bu gün Yerə maksimal məsafədə asteroid YAXINLAŞACAQ
05 Avqust 2020 - 12:36

Ölçüləri 84-190 metr qiymətləndirilən 2009 PQ1 asteroidi bu gün axşam saatlarında planetimizə yaxınlaşacaq.

ONN media  xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Mütəxəssilər qeyd edirlər ki, asteroid Yer sakinləri üçün heç bir təhlükə törətməyəcək, çünki o, çox uzaq məsafədə uçacaq.

2009 PQ1 asteroidi saat 20:35-də planetimizdən 4 milyon kilometr məsafədə uçacaq. Bu, Yerlə Ay arasındakı məsafədən yeddi dəfə uzaqdır. Səma cismi gələn dəfə Yer kürəsinə bir də 2137 ildə yaxınlaşacaq.

Qeyd edək ki, bu asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib. O, uçuşu Yer kürəsinin orbitindən keçən “Apollon” asteroidlər qrupuna aiddir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png