ONN İnformasiya Agentliyi

Bu tarixdən yenidən qapanmalar başlayır?

Bu tarixdən yenidən qapanmalar başlayır?
23 İyul 2021 - 11:54

Koronavirusa yoluxma sayı artdıqca və insanların həyatına təhlükə yarandıqca, müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmaz hala gəlir.

ONN media xəbər verir ki, bunu ARB-24-ün “Gündəm” verilişində avqustun 10-dan sonra məhdudiyyətlərin tətbiq edilməsi iddiasına cavab verən həkim, deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, vətəndaşlar qaydalara əməl edərsə, bu tədbirlərin tətbiqinə ehtiyac qalmayacaq:

“Məhdudiyyətlərin tətbiq olunması dövlət strukturları üçün əlavə gücün sərf olunmasına, administrativ resursların buraya cəlbinə və iqtisadiyyatda müəyyən problemlərin ortaya çıxmasına səbəb olan prosesdir. Heç bir dövlət qurumu məhdudiyyətlərin tərəfdarı deyil. Qaydalara vətəndaşlar tərəfindən əməl edilərsə, məhdudiyyət tətbiq etmədən də xəstəliyin öhdəsindən gəlmək olar. Hazırda yoluxmanın aşağı düşməsi səbəbi vaksinasiya, havaların isinməsi və ulturabənövşəyi şüaların aktivliyi ilə əlaqədardır. Lakin biz bundan arxayın olsaq, böyük risklərlə qarşı-qarşıya olarıq. Düzdür, toylarda qoruma tədbirlərini maksimal şəkildə təmin etmək çətindir. İndiki situasiyaya diqqətə yetirsək, yoluxma sayının artması ehtimalı çox yüksəlir. Yoluxma sayı artdıqda isə qoruma tədbirlərini administrativ metodlarla tənzimləmə ehtimalımız artır. Vaksinasiyada sürətli iştirak bizim sonrakı məhdudlaşdırıcı tədbirlərimizin olmaması deməkdir. Ümid edirəm ki, insanlarımız da bu prosesdə yaxından iştirak edərək, yoluxma sayının bu aralıqda qalmasını təmin edəcəklər. Bundan sonra isə administrativ tədbirlərə ehtiyac olmayacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png