Bu tarixlərdə ictimai nəqliyyat və metro işləməyəcək

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

ONN media  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən aşağıdakı tarixlərdə ictimai nəqliyyat işləməyəcək:

31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək,

7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək,

14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək,

21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək,

28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək