Cəbrayılda daha 2 erməni hərbçinin meyiti tapıldı

Bu gün Cəbrayılda aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha iki hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1560 nəfərə çatıb.