ONN İnformasiya Agentliyi

Cavad Zәrif Bakıya gəldi

Cavad Zәrif Bakıya gəldi
24 Yanvar 2021 - 21:47

İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.

ONN media  xəbər verir ki, İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıda verdiyi açıqlamada bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.

Zәrif әlavә edib ki, sabah Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq.

İran xarici işlәr naziri Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistana, davamında Türkiyәyә sәfәr edәcәyini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png