ONN İnformasiya Agentliyi

Ceffersonun Nyu-Yorkdakı heykəli söküləcək

Ceffersonun Nyu-Yorkdakı heykəli söküləcək
19 Oktyabr 2021 - 22:59

Nyu-York qanunvericiləri ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Ceffersonun heykəlinin şəhər administrasiyası binasından götürülməsinə səs verib.

ONN media  “NBC News” telekanalına istinadla xəbər verir ki, heykəlin götürülməsi barədə qərar Ceffersonun quldarlıq keçmişi səbəbindən qəbul olunub. Şəhər administrasıyasının üzvləri buna neçə illərdən sonra nail olublar. Belə ki, heykəl azlıqların bir neçə qrupu üçün təhqir sayıla bilər.

Heykəlin sökülməsinə Afrika əsilli Corc Floydun ağdərili polis tərəfindən hay-küylü qətli təkan verib. Heykəl Nyu-Yorkun tarix-elm muzeyinə qoyulacaq.

Son vaxtlar ABŞ-ın bir çox şəhərlərində 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı şimallılarla döyüşmüş cənublu konfederatların xatirəsinə ucaldılmış bir çox abidələr sökülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png