ONN İnformasiya Agentliyi

Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və… – FOTOLAR

Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və… – FOTOLAR
17 Noyabr 2019 - 19:32

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz ötən gün “Konqress Mərkəz”in səhnəsində “stand-up” şousu ilə çıxış etmək üçün paytaxt Bakıya gəlib.

ONN media bildirir ki, məşhur aktyor günorta saatlarında Birinci Fəxri Xiyabana gələrək Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Cem Yılmaz ümummilli liderin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Sonra aktyor görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyub.

Cem görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüb.

Daha sonra isə Cem Yılmaz media nümayəndələri ilə görüşərək bunları söyləyib:

“Biz üzərimizə düşən vəzifəmizi icra etdik. Azərbaycan xalqının ümümilli lideri Heydər Əliyevi, onun həyat yoldaşı Zərifə Əliyevanın məzarını ziyarət etdik. Bu bizim hər birimiz üçün çox önəmlidir”.

Cem daha sonra Şəhidlər Xiyabanına gələrək türk əsgərlərin məzarlarlarına gül dəstələri düzüb, şəhidlərin ruhuna dua oxuyub.

Qeyd edək ki, məşhur aktyor Cem Yılmaz bu gün axşam saatlarında yenidən “Konqres Mərkəz”in səhnəsində növbəti “stand-up” şousu ilə çıxış edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və… – FOTOLAR
Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və… – FOTOLAR
Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və… – FOTOLAR
Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və… – FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png