ONN İnformasiya Agentliyi

COVİD-19 -la yayı necə keçirməli? – QAYDALAR

COVİD-19 -la yayı necə keçirməli? – QAYDALAR
30 İyul 2020 - 19:46

COVİD-19 infeksiyasına görə yay aylarını maska ilə keçirməyə məcbur olmağımız, istilərin artması, tətilə gedə bilməmək kimi səbəblər bəzi problemlərə səbəb olur. Bunun üçün edilməli olan bir çox önəmli amillər var.

ONN media  xəbər verir ki, yayın isti havasında maska taxma o qədər də asan deyil. Amma sağlamlığımız üçün buna məcburuq.

Daha çox pambıq və ya parçadan olan maskalara üstünlük verin. Yayda havanın isti olması taxılan maskalar tərləyir və üzdə səpkilər əmələ gəlir. Buna görə də çalışın maskanı tez-tez dəyişin. Ən əsası isə tərləyən maskanı tez çıxarın. Onu yenidən istifadə etmək isə olmaz. İslanan və nəmlənən maskalar bakteriyanın çoxalmasına səbəb olur.

Maskanın üstünə əllə toxunmamağa çalışın. Maska taxılandan sonra su içmək və ya yemək yemək üçün çənə altına endirmək olmaz. Onu qulplarından tutaraq çıxarın.

İdman edən zaman maska taxmamağa çalışın. Çünki tərləmək başqa infeksiyalara yol açacaq.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png