ONN İnformasiya Agentliyi

DƏHŞƏT: Güllələdiyi həyat yoldaşını xəstəxanada öldürmək istədi və… – FOTO

DƏHŞƏT: Güllələdiyi həyat yoldaşını xəstəxanada öldürmək istədi və… – FOTO
10 İyun 2019 - 12:20

İstanbulda kişi güllələyərək yaraladığı həyat yoldaşını xəstəxanada öldürməyə cəhd edib.

ONN media xəbər verir ki, 49 yaşlı Ayşəgül Cora uzun müddətdir ki, həyat yoldaşı tərəfindən döyüldüyü üçün Manisada yaşayan qızlarıgilə gəlib.

Hasan Cora burada da həyat yoldaşını rahat buraxmayıb.

Hasan Cora Manisaya gəlib kürəkəninin qardaşını güllələyərək ağır yaraladığına görə həbsə girib.

Ayşəgül Cora həyat yoldaşı həbsə düşdükdən sonra İstanbula qayıdıb və sevgilisi ilə birlikdə yaşamağa başlayıb.

Həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə müraciət edən qadının həyatı Hasan Coranın anidən həbsdən çıxması ilə şoka düşüb.

Ramazan bayramının 2-ci günündə Hasan Cora Ayşəgül Coranı 5 yerindən güllələyib. Xəstəxanaya qaldırılan qadının həhyatını xilas etmək mümkün olub.

Hasan Cora Ayşəgül Coranın müalicə aldığı xəstəxanaya gələrək yenidən öldürməyə cəhd edib.

Hasan Cora polislər tərəfindən saxlanılıb. (BİG)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
DƏHŞƏT: Güllələdiyi həyat yoldaşını xəstəxanada öldürmək istədi və… – FOTO
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png