Dərəşam Oğuz-türk məzarlığının qədim Nəxçuan tarixi xaincəsinə məhv edildi – 1ci yazı

Pr.Dr Əjdər TAĞIOĞLUTuran Araşdırma Mərkəzi -nin sədri

Tarixdə tarixi məlum olmayan qədim dövrlərdən indiki Culfa şəhərinin yaxınlığında Araz çayı sahilində Oğuz türklərinin tarixini 1989-cu ildə rus-erməni təcavüzünə məruz qalanadək yaşadan böyük bir məzarlıqda sıx meşə kimi dayanan saysız başdaş­ları var idi. Məkr və hiylə ilə do­lu zamanımıza dik-dik, ər-ər boylanan bu qəbir daşları qədim Nəxçuan (Naxçıvan)  türk­lərinin minilliklərinə şahidlik edən, qiyməti olmayan memarlıq abi­dələri idilər.

1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış “Türkmənçay”
irtica müqaviləsi ilə Araz çayı sərhəd olmaq şərtilə Vahid Azərbaycan qəddarcasına
iki hissəyə parçalandı. Ruslar imperiyanın Qafqazda “xristian
dayağı”nı yaratmaq məqsədilə Arazın o biri sahilindən köçürüb gətirdikləri
yarıdi­lən­çi erməni ailələrinin ilk köçünü Naxçıvan xanlığının Araz çayı
sahili boyu bir sıra kəndlərinin, o cümlədən, Badamlı, Əylis (gələri ermənilər
sonralar ona “Akulisi” dedilər) və başqa kəndlərimizin münbit
torpaqlarında  məskunlaşdırdılar. Burada
məqsəd ata bir, ana bir, dil bir, qan bir, inanc bir olan o taylı-bu taylı qardaşların
arasında türkün əbədi düşməni
olan ermənilərdən ibarət “canlı divar” çəkmək idi.

 1920-ci illərdə Qırmızı Rus
imperiyası Arazın sərhəd hissəsini tikanlı məftilli dirəklərlə bərkit­di, bu­nun­la
da Azərbaycan türklərinin vahid ata-baba vətəninin faciələrlə dolu qan­lı “Şimal-Cənub”
tarixini yazdı, bir ananın iki övladı arasında də­mir­dən 70 illik həsrət
divarını çəkdi.

İkinci Cahan müharibəsi
illərində ermənilər üçün yaranmış dumanlı, qarışıq siyasi şəraitdən istifadə etməyə çalışan türkün əliqanlı qatili olmuş Kremlin
hiyləgər qoca tülküsü Anastas Mikoyan XIX əsrin əvvəllərində imperiyanın
hazırladığı “Türksüz Ön Qafqaz” ideoloji savaş maşınını yeni
proqramla hərəkətə gətirdi. O, mənsub olduğu millətin guya “qədim yerli əhali”
olduğunu “sübut etmək” üçün əvvəlcə Azərbaycan türklərini Qərbi Azərbaycandan
kütləvi sürgün etdirdi, Kremlin daşnak-bolşevik güruhunun tərtib etdiyi plan əsasında alim
vicdanını itirmiş muzdlu siyasət tarixçilərinin qələmi ilə qədim yerli əhalinin – Oğuz türklərinin
ulu baba tarixini yaşadan istər yerüstü abidələri, istərsə də zəngin arxeoloji mədəniyyəti əllərində
heç bir etnomaddi əsas olmadan 1828-ci illərdə ailə köçü ilə gətirilən yaridilənçi
hayların adına yazdırdı.

 Bu tarixi cinayətkarlar dəstəsinə özlərini “hay” adlandıran, bizim “erməni” dediyimiz millətin türklərə qarşı bir nömrəli ideoloji düşməni Leninqrad Ermitajının Baş direktoru, milliyyətcə erməni olan İosif Abqaroviç Or­be­li­ başçılıq edirdi. Orbelinin vəsiyyəti ilə ölümündən sonra onun tələbəsi və qızının əri, milliyyətcə yəhudi olan görkəmli arxeoloq B.B.Piotrovski Ermitaja başçı təyin edilmişdir. O da İ.A.Orbelinin vəsiyyətinə sadiq qalaraq, Oğuz türklərinin bu gün “Qərbi Azərbaycan” adlandırdığımız ərazilərində şüurlu elmi həyatı boyu apardığı bir sıra qazıntılar zamanı m.ö. yüzilliklərə aid olan aşkarlanmış zəngin arxeoloji mədəniyyəti 1828-ci ildə ailə şəklində Ön Qafqaza köçürülmüş yarıdilənçi əhalinin adına yazmışdır. Təkzibedilməz həqiqət budur ki, bu arxeoloji mədəniyyət tarixin ayrı-ayrı çağlarında Azərbaycn türklərinin Ön Qafqaz torpaqlarını müvəqqəti inzibati ərazilərinə daxil etmiş üç türk dövlətin (Biaini, Arme, Part /Parfya) dövründə Oğuz türklərinin qohumlarla birlikdə yaratdıqları sinkretik-şərikli ümumtürk mənəviyyat, mədəniyyət və dövlətçilik tarixinə aid Turan – türk sərvətidir. “Biaini çarlığı” adlı əsərimizdə bu barədə ətraflı araşdırmalar aparılmışdır.

B.B.Piotrovski
erməni tarixçiləri arasından İosif Abqaroviç Orbelinin saxta iddialarını davam
etdirən qatı millətçi – daşnak tarixçi nəsli də yetirmişdi. Biz burada ancaq V.M.Arutyunyan və S.A.Sə­fər­yanın
birgə yazdıqları 1951-ci ildə Moskvada nəşr etdirdikləri “XVI-XVII əsrlərdə
erməni memarlıq abidələri”
əsərində haqqında söhbət gedən, müəlliflərin “Cuğada “Xaç daş”
adlandırdıqları abidə barədə araşdırma aparacağıq.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Dərəşam məzarlığı ilə əlaqədar
olan keçmiş təəssüratımı
xatırlatmağı gərəkli hesab edirəm. 

1955-1956-cı dərs ilində Şərur rayonunda orta məktəbi bitirib, Azərbaycan
Döv­lət Universitetinə İrəvan
-Bakı qatarı ilə qəbul imtahanlarına gedərkən Cul­fa şəhərindən əvvəl “Dərəşam”
(bu ad “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən Oğuz türklərinin qədim qala şəhərinin
tarixini yaşadır) adlı yarıdayanacaqdan keçəndə Araz çayı sa­hili boyu tikanlı
sərhəd məftilləri arasında sıx meşəni xatırladan uzunluğu təxminən 250-300 metr ərazi sahəsini əhatə
edən məzarlıqda əzəmətli başdaşları
əfsanəvi dünyadan gələn heyrətamiz canlılar kimi məni içimdən sil­kə­lə­di. Nə
üçün? Qəribə hisslər idi, mənasını anlaya bilmədim. Bəlkə də tikanlı dəmir
divar arasında rus “saldatı”nın silahı al­tın­da sanki qorxusundan
minilliklərin qaranlıq səltənətinin sükunətini poz­ma­ğa cəsarət edə bilməyən məzar
əhlinin kimsənin eşidə bilməyəcəyi fər­yadı məni sirli – sehrli, müəmmalı, qorxulu bir dünyaya
atmışdı? Şirin və qorxulu fantastik bir nağıl dünyasında idim!..

Universitetdə oxuduğum illərdə müəllimlərimdən Dərəşam qəbiristanlığı ilə əlaqədar
maraqlı bir məlumat eşitdim.

Deyilənlərə görə, İkinci Dünya savaşının ən qızğın dövründə keçmiş Leninqrad Döv­lət
Ermitajının iki məşhur professorunun (kimsə onların adını bilmirdi) rəh­bərliyi
ilə ekspedisiya Dərəşam qəbiristanlığına
gəlir və qəbirlərdən iki­si­ni açır. Oradan “qonaqlar”ın nə tapıb, nə tapmadıqlarından ev sahibləri
bugünə qədər də xəbərsizdirlər. Lakin rus-erməni goreşənləri qəbirləri ne­cə eşmişdilərsə,
eləcə də üstünü örtürlər, səssiz gəldikləri kimi, səssiz də yoxa çıxırlar.

Ekspedisiya gedəndən sonra Naxçıvan Vilayətinə səs yayılır ki, sən de­mə,
guya qədim Dərəşam qala şəhərinin bütün əhalisi “taun xəstəliyi” nəticəsində bir gecə-gündüzdə
küt­ləvi şəkildə mal-qara ilə birlikdə məhv olmuşdu.

Bəs, guya Allahın
“qəzəbinə gəlmiş” bu başıbəlalı insanların əsli nədir, nəs­li nədir,
soyu kimlərə bağlıdır? Bəs, guya kütləvi bəlaya gəlmiş insanları kim­lər dəfn
etmişdir, kimlər onların məzarları üstündə qoyulmuş əzəmətli başdaşlarını
“Avesta” memarlıq sənətinə məxsus incə ornamentlərlə işləmişdir?

 Yuxarıdakı fikrin davamı
olaraq qeyd edək ki, İ.A. Or­be­li­nin xüsusi göstərişi ilə Dərəşam qəbiristanlığından “erməni
babaları” “tap­ma­ğa” gəlmiş rus-erməni arxeoloqları yerə
vurduqları ilk külüngdən Şərqin ta­ri­xi­nə çevrilmiş türk ərənini nişan verən
maddiyyətlə, xüsusən qəbirüstü abi­də­lərlə üz-üzə dayandıqdan sonra gəldikləri yolla da əliboş İrəvana, ora­dan da Leninqrada qayıtmışlar. Bu
uğursuz hadisədən sonra ideoloji Mərkəz “Dərəşam” qala şəhərinin
“fəlakətli” keçmişi ilə bağlı qorxulu bir nağıl uydurmağı da unut­mamışdır.
Guya əgər məzarıstan tam açılarmışsa, oradan qalxan “taun virusu” dərhal
ətrafa yayılarmış, Arazın hər iki sahilində ya­şa­yan əhalini məhv edərmiş.

Bu, iblis şayiəsi
vahiməli uğultuya çevrilir, dərhal vilayətin ən ucqar kənd­­lərinədək yayılır, əhalini qorxuya salır.
Guya açılmış qəbirlərdən qal­xan “taun virusu”na yoluxmuş hər iki
professor ağır xəstələnmiş,
lakin hə­kim­lər onlardan birini xilas edə bilmişlər.

1828-ci ildən erməniləri ailə şəklində Oğuz Albaniyasının ərazilərinə köçürməyə
başlamış imperiyanın onlara
“qədim yerli əhali” tarixi yazmaq məqsədilə hazırladığı “Türksüz Ön Qafqaz”
ideoloji savaş siyasətini iki yüz il addım-addım həyata keçirən ideoloji Mər­kəz
tərəfindən hazırlanmış bu “qorxulu nağıl”ın sirri açılmamalı idi. Əgər
Də­rə­şam məzarlığının sirri açılardısa, o zaman, bir tərəfdən qədim Nəxçuanda
Dərəşam qala şəhərin əhalisi
olmuş Oğuz-türk bəylərinin tarixi keç­mişi meydana çıxardı və o biri tərəfdən də
kilsədən gələn saxta ənənəni davam etdirən erməni tarixçilərinin uydurma
“erməni Naxçıvanı” iddialarının heç bir maddi-tarixi əsası olmaması,
habelə qəddar imperiyanın “Türksüz 
Ön Qafqaz” işğal modelinin siyasi mahiyyəti aşkara çıxmış olardı.

Dərəşam Oğuz – türk mə­zar­lığı dekabr
1989-cu ildə uzaq dağ kənd­lərindən belə kiçikdən-böyüyədək, qadından-kişiyədək bü­tün is­ti­qa­mət­lərdən Araz
sahilinə qarşısıalınmaz
sel kimi axışan Naxçıvan öl­kə əhalisi tə­rə­findən rus imperiya­sının iki yüz
ildən bəri qardaşı-qardaşdan ayıran tikanlı dəmir divarları qısa müddətdə
aradan götürüldü və bu tarixi xalq hərəkatı Dərəşam məzarlığının sirrini
açdı.  Məlum oldu ki, Ermitajın Baş direktoru İosif Abqaroviç
Orbelinin tərtib etdiyi plan əsasında xüsusi tap­şı­rıq­la Naxçıvana göndərilmiş
haqqında söhbət gedən arxeoloji ekspedisiya hansı səbəbdən ilk kəş­fiyyat
qazıntısından sonra işi yarımçıq saxlamışdı. Başqa cür də mümkün deyildir. Çünki Cənub Azərbaycanın
İsfahan mahalında olan qədim “Cuğa” qəsəbəsindən (Zəkəriyə
Kanakertsi. Xronika. M.,1969-cu il) gətirib 1830-cu illərdə Arazın Naxçıvan
sahilində olan kiçik bir türk kəndinin ərazisində məskunlaşdırılan az sayda erməni ailələri sonralar
saldıqları yeni kəndə əvvəllər yaşadıqları qəsəbənin adını verdilər.

“Cuğa” toponiminin türk mənşəli anlam olduğunu “Cuğatay” namında
türk xaqanlarını və “Cuğatay” tayfa birləşməsini xatırlamaq da fikrimizin sübutu
üçün kifayətdir. Bu tarixi həqiqəti danmaq və qədim Nəxçuan  ölkəsinin (indiki Naxçıvan vilayətinin) tarixini
“erməniləşdirmək” məqsədilə anonim keşiş Moisey Xorenatsinin adından
danışan növbəti riyakar keşiş müəllif Vardapet Qevond (VIII əsr) yazır: “Culfa
Qoxtn vilayətində ermənicə “Cuğa” deyilən şəhərdir.” (bax:Vardapet Qevondun
xilafət tarixi.SPb.,1862,s.126)

  Əvvəla, kilsə gerçək tarixin tanımadığı,
heç bir mənbədə qeydə alınmamış, yalnız anonim keşişin uydurduğu
“Qoxt” toponimi ilə Oğuz türklərinin qədim Nəxçuan ölkəsinin  erməni vilayəti olduğuna işarə edir.

İkincisi, “Culfa” və “Cuğa” Naxçıvan vilayətinin
ayrı-ayrı ərazilərində yerləşmiş fərqli toponimlərdi.

Ənənəvi kil­sə saxtakarlığını davam etdirən erməni tarixçiləri başqa
yer-yurd ad­la­rı­mız kimi, “Cuğa” adını da heç bir maddi əsas gətirmədən mən­sub olduqları
xalqın dilinə aid anlam olduğunu uydurmuşlar və bu gü­nə qədər “Cuğa”
pərdəsi altında “erməniləşdirilmiş” “Dərəşam Oğuz məzarlığı”nın
da rus imperatorluğunun ölkəmizdə məskunlaşdırdığı bəd­xah erməni qaçqınları ilə
heç bir əlaqəsi yoxdur
və haqqında söhbət ge­dən abidələr də eyni dilli, eyni dinli, eyni qandan və
eyni soykökdən olan qə­dim Ön Qafqaz Oğuz Albaniyası əhalisinə məxsusdurlar.
Burada məzarların üstündə meşə kimi dayanmış hündür başdaşlar “Avesta” memarlıq məktəbinə
məxsus zər­­gər zövqlü sənət dahiləri və tişə ustaları tərəfindən tarixin canlı
şa­hi­d­lə­rinə çevrilmiş Azərbaycan türklərinin qədim əcdadları haqqında daş­laş­mış
dastanlardır.

İstilaçı rusların iki yüzillik imperiya zülmünün dəmir divarlarını
1989-cu ildə naxçıvanlılar yıxandan sonra Ara­zın o sahilindən, bu sahilindən
haray çəkib 70 ildən bəri əlaqələri kə­sil­miş qohum-qardaşın axtarışına başı
qarışmış insanların xəbəri yox idi ki, onlardan bir qədər aralıda rus-erməni hərbi
birləşmələri qədim Xocalı ki­mi, Dərəşam Oğuz məzarlığını da yer üzündən silir,
nəsllərimizin unut­ma­ya­caqları qanlı tarix yazırdılar. Bu, rusların hamiliyi
ilə erməni vəhşiliyinin Azər­baycan türklərinə, onların tarixi abidələrinə və mədəniyyətinə
qarşı gə­tirdiyi növbəti soyqırımı idi.

Fikrimizi qısa da olsa, həmin tarixi hadisə
ilə əlaqəli izah etməyə çalışaq.

Keçmiş Sovetlər məkanında ilk dəfə rus imperiya tarixinə Azər­bay­can­da
son qoyulan ərəfədə dünya erməni diasporunun cızdığı plan əsa­sın­da Kremlin daşnak bandası
Naxçıvanı ələ keçirmək məqsədilə “tarixi şans”ı əl­dən verməmək üçün M.S. Qorbaçovun verdiyi
büro qərarı ilə vilayət
ərazisində əvvəllər yerləşdirilmiş müxtəlif təyinatlı hərbi his­sə­lə­rin bir
gecə-gündüzdə oradan çıxarılmasına, onların SSRİ Dövlət Təh­lükəsizliyi Komitəsinin xüsusi xidmət
hissələri ilə əvəz edilməsinə nail oldular.

Xocalıdan başlayaraq, 20 Yanvar qanlı Bakı türk qırğınlarının il­ham­çı­sı və təşkilatçısı,
gözünü qan örtmüş, quduzlaşmış  M.S.Qorbaçov
Eçmiadzin kilsəsinin katolikosu Vaz­gen tərəfindən cızılan plana uyğun olaraq,
Naxçıvan hərbi qüvvələrinin komandanlığını öz köməkçisi, ifrat erməni millətçisi,
qəti və aman­sız türk düşməni, şeytan törəməsi Şahnazaryana tapşırdı.

Təxribat mütəxəssislərindən ibarət olan bu
seçmə hissənin vəzifəsi əha­li arasında vahimə yaratmaq, provakasiya yolu ilə
onları, 1918-1920-ci il­lərdə olduğu kimi, Arazın İran sahilinə qaçmağa psixoloji cəhətdən h­a­zır­lamaq
və bundan sonra hündür dağ silsiləsi boyu bütün is­ti­qa­mət­lər­dən Vilayətin
ayrı-ayrı rayon və kəndlərinə gecə-gündüz top mərmiləri yağ­dıran erməni-rus
birləşməsinin genişmiqyaslı hücumuna yol açmaq idi. Lakin naxçıvanlılar bütün
dünyaya tarixi naxçıvanlılıqlarını göstərdilər! Müs­təqillik uğrunda mütəşəkkil
şəkildə ayağa qalxan elin şir, pələng qey­zi­ni görən düşmən
“qonaqlar” sındırmağa gəldikləri xalqın qarşısında özl­ə­ri sındılar.

Bu, torpağının hər qarışını həyatı bahasına qorumağa qalxmış nax­çı­van­lıların
rus imperiyasının iki yüzillik müstəmləkə zəncirini parçaladığı, mil­li müstəqilliyə
qovuşduğu tarix idi! Min illərdən bəri ata-baba yurduna şahidlik edən sıx meşə
ki­mi dayanmış qəbirüstü daşlar həmin günlərdə Kremlin hamiliyi ilə dün­ya erməni
irticası Naxçıvanda növbəti qanlı soyqırımına əl atdı, Azər­bay­can türklərinin
ulu keçmişinin şahidləri olan Dərəşam məzarlığını dağıtdı, qəbirüstü abi­də­ləri
yer üzündən sildi. Şahnazaryanın göstərişi ilə gətirilmiş xüsusi daşdoğrayan
maşınlarda abidələrimiz doğrandı və doğ­ran­mış daşlar hərbi maşınlara yükləndi,
hansı istiqamətlərəsə aparıldı, həmin sa­hə sərhəddüzəldən texnika ilə şumlandı
və tapana çəkildi. Bununla da qədim bir xalqın ən qədim dövr tarixi quduzlaşmış
Qorbaçovun türk qanına batmış əli ilə erməni ter­ro­riz­mi­nin qurbanı oldu:
Oğuz türklərinin qədim Nəxçu elinin 
tarixi tarixsizləşdirildi!

“Erməni Naxçıvanı” ətrafında olan məlum iddianı “sübut etmək” məq­sə­dilə dekabr 1989-cu ildə naxçıvanlıların gözləri qarşısında doğram-doğram doğranılıb tarixi yer üzündən silinən Dərəşam abidələrini V.M.Arutyunyan və S.A.Sə­fər­yan 1830-cu illərdə Arazın o sahilindən azsaylı kiçik ailə şəklində gətirilmiş yarıdilənçi ermənilərin adına yazırlar və bu ağ yalanı, alçaldıcı saxtakarlığın tarixini “Xaçkar Djuqi” (“Cuğada daşxaç “) adı ilə XVII əsrə çəkirlər.

ARDI VAR…