DƏRƏŞAM OĞUZ-TÜRK MƏZARLIĞININ QƏDİM NƏXÇUAN TARİXİ XAİNCƏSİNƏ MƏHV EDİLDİ – SON YAZI

Yazının 1-ci hissəsini burdan oxuya bilərsiz. https://onn.az/banner/d%c9%99r%c9%99sam-oguz-turk-m%c9%99zarliginin-q%c9%99dim-n%c9%99xcuan-tarixi-xainc%c9%99sin%c9%99-m%c9%99hv-edildi-1ci-yazi/

Pr.Dr Əjdər TAĞIOĞLUTuran Araşdırma Mərkəzi -nin sədri

Əgər bu əsərdə adıgedən qəbir daşları həqiqətən “erməni ba­ba­la­rı”nın uydurma “Naxçıvan tarixi” ilə əlaqədar olsaydı, şübhəsiz, Şahnazaryan on­la­rı xüsusi maşınla doğratdırıb çınqıla çevirtdirməzdi, əksinə, hökmündə olan hər­bi maşınlarla həmin abidələri İrəvana daşıtdırardı, oradan da təyyarə ilə dünya muzeylərinə paylatdırardı və bununla da uydurma “erməni Nax­çı­vanı”nın tarixdən silinməsinə imkan verməzdi.

Rus-erməni siyasət adamlarının tarixi təcavüzünə məruz qalmış haq­qın­da
söhbət gedən Oğuz-türk abidələrini V.M.Arutyunyan və S.A.Səfəryan tarixin
tanımadığı “or­ta əsr Armeniya”sı ilə əlaqələndirərkən, əlbəttə,
onlar da, keşiş mü­əl­lif­lər kimi, erməni babalarına vaxtilə sığınacaq vermiş bir xalqın əcdad
tor­pa­ğına açıqdan-açığa sahib çıxırlar. Müəlliflər yazırlar: “Arazın
sahilində XVII əsrdə çiçəklənən ticarət mər­kəzlərindən biri olan Cuğa kəndi
(Naxçıvan MR) yaxınlığında bədii də­yə­rinə görə unikal olan bir neçə min
“xaçkar”dan (“daşxaç”dan – Ə.T.) iba­rət  böyük qəbiristanlıq və materialı yerli qırmızı və sarı rəngli
qum­ da­şın­dan olan daşdan yonulmuş qoyunlar var. Daş üzərində yüksək oyma sə­nə­ti
və orta əsr Armeniyasının (tarixin heç bir dövründə ermənilərin nəinki
“Armeniya” adında, hətta hər hansı adda olsa da, “dövlətləri” olmamışdır. M.Xorenatsi
yazır ki, biz çox məhdud sayda xalq olmuşuq, hər zaman başqa hökmranlıqlar
altında yaşamışıq. – Ə.T.) bu sənət üzrə ən yaxşı ənənələrinin dir­çə­liş dövrü
nümunələrindən ibarət onlarla xaçkar kompozisiyası var”..

“Xaç” adlandırılan işarənin xristianlıqdan xeyli əvvəl, başqa sözlə, m.ö.minilliklərdə
“Odun və Günəşin rəmzi” olması, ta­nın­mış xristian dini nəzəriyyəçilərinin
xaçdan qəti imtina etmələri, xü­su­sən orta əsrlər yepiskopu Feliks Minutsiyin:
“Xaçlara biz qətiyyən sitayiş etmirik, biz xris­tianlara onlar gərək deyil”, –
deyə aydın şəkildə bəyanat verməsi şübhə ye­ri qoymur ki, Zərdüşti inancla
bağlı olan “Xaç”la (“əbədiyyət nişanı” ilə) çar­­­mıxa çəkilmiş Xristi
(yunanlarda “Xristos”) rəmzləşdirən “Xrest\Krest” arasında bərabərlik
işa­­rəsi qoyan hər kimsə ümumtürk
tarixini, başqa sözlə, Ön Qafqaz “Aves­­ta” memarlıq abidələri ilə əlaqədar Azərbaycan türklərinin mənəviyyat
və mədəniyyət tarixini antitarixi mövqedən açıqdan-açığa gəl­­mə xalqın adına
yazmaq məqsədi güdürlər.

Problem ətrafında geniş araşdırmalar apar­­mış
N. Eminin gəldiyi nəticə də maraqlıdır. O, yazır: “… “Xaç” adı birbaşa öz mənasına əlavə
edilmir. Gördüyümüz kimi, məbədə əlavə edil­miş “xaç” adının, hansı ki, nə
“krest”lə, nə də ümumiyyətlə, xristian iba­də­ti­nin hər hansı əşyası ilə heç
bir əlaqəsi yoxdur.”(İ.Petruşevski.Xristian
inancınadək Dağlıq Qarabağ kəndləri haq­qın­da. ­Bakı,1930, s.19.)

Də­rəşam qəbirüstü abidələr nə qədər yüksək zövqlə, zərgər işləmələri
ilə ­ha­zırlanmışsa, 1828-ci il hadisəsindən sonra İrandan köçürülərək Nax­çı­van
xanlığının qədim Dərəşam ərazisində yerləşdirilmiş ermənilərin qəb­irüs­tü
daşları bir o qədər kobud şəkildə yonulmuşdu. Qaçqın və dilənçi bir ic­manın
nümayəndələri olan Cuğa ermənilərinin bundan artıq nə mə­də­niy­­yətləri ola
bilərdi ki?!

Əgər V.M.Arutyunyanın və S.A.Səfəryanın nişan verdikləri memarlıq
abidələri xris­­tian abidələri olsaydı,
həm də onlar erməni babalarına məxsus olsaydı, şübhəsiz, bu sənət ənənəsini varislər davam etdirmiş olar­dıl­ar.
Çünki onlar dünən də xristian idilər, bu gün də xristiandırlar.

“Kitabi-Dədə Qorqud” dastanlarında Oğuz tayfalarına məxsus
Dərəşam qala-şəhərin adının çəkilməsi bizim keşiş Zakariy Ka­na­kertsiyə
istinadən yuxarıda gəldiyimiz nəticəni
təsdiq,V.A. Arutyunyanın, S.A.Sə­fəryanın, N.Eminin və başqalarının iddialarını
qəti təkzib edir. Bu da növ­bəti inkaredilməz dəlil olaraq, bizə əsas verir
söyləyək ki, erməni ba­ba­larının dünya tarixində ilk real dövləti mart 1828-ci
ildə ləğv edil­miş İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına rus im­pe­ra­tor­luğunun
tərkibində təşkil edilmiş iki illik (1828-1830-cu illər) “müvəqqəti armyan
vilayəti”dir.

Məsələ belə olduğu halda, bəs, erməni müəllifləri hansı əsasla Də­rə­şam
qəbir daşlarını öz erməni babalarının
adına yazmaq məqsədilə qaçqın er­məni ailələrinin XIX əsr Qafqaz tarixini iki
yüz il əvvələ, yəni XVII əsrə atırlar?

Erməni müəlliflərinin iddiaları o zaman inandırıcı olardı ki, qəbrin
başdaşındakı hələ m.ö. yüzilliklərdə Zərdüşti Səma Tanrısına (Ahura-Məzdaya)
aid “xaçkar” dedikləri “əbədiyyət nişanı”na əsassız olaraq, Xristin
dara çəkilməsini rəmzləşdirən xristianların “Krest”/”Xrest”
işarələri ilə yanaş­maqdansa, həmin mə­zar­larda uyuyan insanları antropoloji cəhətdən
öyrənəydilər və onların et­no­mənsubiyyətlərini aşkarlayay­dılar.

Yuxarıda xatırlatdıq ki, Kreml Dərəşam nekropolunu Azərbay­can ar­xe­o­loqlarından qoruyurdular, ermənilər isə bütün məsələlərdə xüsusi sər­bəst­lik imtiyazına malik idilər. Kreml çox gözəl başa düşürdü ki, ar­xe­o­lo­gi­yadan keçən yol heç zaman ermənilərə xeyir gə­tirməyəcəkdir. Ona görə də Dərəşam abi­də­lə­rini fotolara köçürmək və onlar haqqında uy­dur­ma “armyan Naxçıvanı” mifi yaratmaq daha sər­fəli və məqsədəuyğun idi. Bu səbəbdən də V.M.Arutyunyan və S.A.Səfəryan da bu məkrli şeytan yolunu tutmuşdular.

Daşın şəbəkə hissəsində xristianlıqla heç bir əlaqəsi olmayan zə­rif haşiyələrlə işlənmiş “Aves­ta” memarlıq sənətinə aid kita­bəyə diqqət yetirin.

Kitabədə başları canlan­dı­rıl­mayan iki Mü­qəddəs
Səma Buğasının (Zərdüşti inancda Buğa Müqəddəs hesab edildiyi üçün
“Avesta” abidəsi on iki min Buğa dərisi üzərində yazılmışdır döş-döşə da­yan­dığı
hissədən onların başını rəmzləşdirən günəşin gur hailəsinə alın­mış Zarvan
(“Zaman” an­la­yışı verir) Tan­rı və onun sağ-solunda hü­zu­runda dayanmış
oğlanları: Xeyir Tanrı – Ahu­ra-Məz­da, Şər Tanrı – Anqra-Manyu (Təkallahlıq
dinləri bir sıra ilahi adətlərlə yanaşı insanın bir çiynində Xeyir Mələk, o
biri çiynində Şər Mələk olması inancını da Zərdüşt Peyğəmbərin yaradan və
yaranış fəlsəfəsindən almışlar) can­lan­­dı­rıl­mış­dı..Hər iki Səma Buğasının quy­ruq­larının uc­ları “əbədiyyət nişanlı” (+) ilan şəklində təsvir edil­miş­dir. Azər­bay­can türklərinin
mifologiyasına gö­­rə, Zarvan Tanrının rəmzlərindən biri də ilan­­dır. Bu səbəbdəndir ki, Azərbaycan türklərinin
Anamayasında iştirak etmiş türk tayfalarından biri də Mar tayfaları adlanır.
Marlar qan qohumu olan Maday və Maq tayfaları ilə birlikdə onlarla eyni nəsildən olan başqa tayfaları
da bir ittifaqda birləşdirərək qədim Şərqin qüdrətli imperiyası olmuş Maday
(yunan qaynaqlarında “Midiya”) imperiyasının əsasını qoymuşlar.
İmperiyanın qüdrətli hökmdarı bir adı da “Varbak” olmuş Kiaksarın
“Mar Varbak”, onun oğlu, imperiyanın son çarı Astiyaqın da “Mar
Astiyaq” adı ilə nişan verilməsi də təsadüfi deyildir.

Kitabədən sonra qəbirdaşı axıradək qədim “Avesta” tişə
ornamentləri ilə nə­­fis
işləmələrlə hər iki tərəfdən haşiyəyə alın­­mışdı. Başdaşı üzərində oyulmuş “əbədiyyət
nişan”lı (+) tablo mərhumun əbədiyyətə qovuşduğuna işarədir. Onun sonunda
yüksək sə­nətkarlıq zövqü ilə oyulmuş şar (“qlobus”) Yer kürəsinin rəmzidir. Şarın
yuxarı hissəsindən başlayaraq,”əbədiyyət nişanı”nın sağından və
solundan yuxarıya doğru şölələnən
odu-atəşi nişan verən ornamentlə “Avesta” tişə ustası fikrini
tamamlayır. O, bununla başdaşının
“əbədiyyətə qovuşmuş” Zərdüşt inanclı mərhuma aid olduğunu bildirir. Ümumi fikir budur ki, insan
dünyaya gəlir, sonda “əbədiyyətə qovuşur”. Zərdüşt inanclı Azərbaycan
türklərinin əcdadlarına məxsus yaradan və yaranış ətrafında olan bu din-mistik fəlsəfəsə, müsəlman dinini qəbul
etdikdən sonra da bu günə kimi davam etməkdədir.

 
“Zaman” mənasını verən Zarvana aid olan “əbədiyyət
nişanı” (+) ilə kainatın sirlərini öyrənməyə çalışan müdrik babalarımız
m.ö. neçə-neçə min illər əvvəl Yer
kürəsinin dörd cəhətdən (Şərq, Qərb, Şimal, Cənub), ilin dörd fəsildən (qış,
bahar, yay və payız) ibarət
olduğunu insan tarixinin daşlaşmış yaddaşına çevirmişlər.

Yer kürəsini və onu dörd cəhətə ayıran “əbədiyyət
nişanı”nı əhatəyə al­­mış haşiyədən sonra dərinləşdirilmiş çərçivədə qabarıq canlandırılan Atəş­­gah
möhürü vurulur. Çox təəssüf ki, erməni tarixçiləri qəbirdaşının fotosunu götürülərkən möhürün içərisində ya­zı­ya­bən­zər cizgilər aydın, oxunaqlı çə­kil­mə­miş­di.

Kompozisiya atlı barelyefi ilə tamamlanır.
Çox aydın şəkildə görsənir ki, təsvir edilmiş süvari nə döyüşə gedən silahlanmış cəngavərdi, nə də
qol­çağı üstündə sıçrayışa hazırlaşan şahinlə ova çıxan şahdazə. Atlı sağ əlin­də
“əbədiyyət nişanı” (+) ilə canlandırılmışdı.

Göründüyü kimi, qədim Nəxçuan tişə ustaları
(ölməz memar Əbubəkir Naxçıvaninin ulu babaları) sadə, yığcam kom­po­zi­si­yada
olduqca lakonik bir
“sənəd dili” ilə mənsub olduqları yerli türk əha­lisinin dədədən
qalma məişətini – Zərdüşti inanca uyğun keçirdikləri dəfn-mərasim adətini
teoloji və mifoloji obrazların,  habelə
astroloji rəmz­lə­rin əsasında “Avesta” memarlıq məktəbinə məxsus
üslubda tarixin qan yad­daşında əbədiləşdirmişlər.