Daşnaq – bolşevik terrorunun ideoloqları : Stepan Şaumyan, Anastas Mikoyan…. 1 – ci yazı

Yazı ilk dəfə 2009-cu ildə Xalq qəzetində yayımlanıb. 

Dünyaya satılmaq üçün gələn millət – ermənilər!” –  Əjdər Tağıoğlu

1989-cu ildə Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru akademik Püstəxanım Əzizbəyova dövlət nümayəndə heyətinin tərkibində Hindistanda səfərdə olmuşdu. O Vətənə döndükdən sonra Azərbaycan Televiziyasında sensasiyalı çıxışı ilə dinləyiciləri həyəcana gətirdi. Akademikin özü də həyəcanla danışırdı. P.Əzizbəyova Dehlidə Dövlət Muzeyində “26 Bakı komissarları”nın başçısı erməni Stepan Şaumyanın son illərin nəşri olan irihəcmli kitabının saxlandığına şahidlik edirdi.

Püstəxanım Əzizbəyovanın şahidliyi məni bu yöndə
axtarışlara vadar etdi. Bakının mərkəzi hissəsində yerləşən “26-lar”in dəfn
edildiyi bağda son aylarda yenidənqurma işləri aparılarkən ümumi məzarlıqda
mütəxəssislərin apardıqları araşdırmalar vaxtilə məqsədli şəkildə üstü örtülmüş
tarixçə ilə bağlı yeni fikirlərin meydana çıxmasına səbəb oldu.Məhz buna görə
də Püstəxanım Əzizbəyovanın şahidliyinə əsaslanaraq,daşnaq-bolşevik lideri
erməni Stepan Şaumyanın “müəmmalı şəkildə” aradan çıxarılması barədə çoxillik
axtarışların yekununu “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.

“26-lar”ın güllələnməsi barədə o illərdə Cənubi
Qafqazda çıxan “İskra”,”Znamya Truda”,”Narodnı Znamen” və
başqa qəzetlərdə yazılar verilmişdi. Lakin yazıların heç birində Mərkəzikaspi
Diktaturasının Aşqabad türməsində saxladığı 26 komissarın və onlarla birlikdə
həbs etdiyi başqa bolşevik liderlərinin taleyi barədə doğru-düzgün məlumat
verilmirdi. Məqalələr Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən xəbərlər
əsasında tərtib edilirdi.Dövri mətbuatda bir-birini tutmayan, rəngarəng məlumatlar
həqiqəti olduğu kimi verə bilmədi. Çünki o yazıların bir qismində komissarların
“izsiz yox olmalarından”, bəzisində onların “güllələnmələrindən”, digərlərində
bolşevik liderlərinin “Hindistan”a aparılmaları ətrafında söz-söhbətdən başqa
heç bir rəsmi sənədə söykənilmirdi.

Lakin məsul şəxs olaraq eser Vadim Çaykin apardığı
geniş araşdırmalardan, qanlı hadisəni törədən bəzi şəxslərdən aldığı
ifadələrdən sonra “İskra” və “Znamya truda” qəzetlərində 12 mart tarixli
sayında çap etdirdiyi “26 Bakı Komissarlarının edamı” adlı məqaləsində Bakı
fəhləsinin liderlərinin ingilislər tərəfindən Ağcaqum çöllərində
güllələndikləri nəticəsinə gəlirdi.V.Çaykin bu tarixi cinayətin səbəbkarları
olaraq yerli satqınlarla yanaşı, Böyük Britaniya hökumətinin Şərqdə işğalçı
siyasətini həyata keçirən hərbi missiyanın başçılarından Aşqabadda oturan
kapitan Tiq Consu və onun Məşhəddəki hamisi general Mallesonu təqsirli bilirdi.

Bununla əlaqədar “Azərbaycan” qəzetində çap edilmiş
Böyük Britaniya Baş Qərargahının bəyanatında deyilirdi ki, Tiq Consu “26-lar”ı
güllələməkdə ittiham edən V.Çaykinin “bəyanatı başdan-başa yalandır və burada
başlıca məqsəd ingilisləri ictimaiyyətin hədəfinə çevirməkdir”. “Kapitan Cons
komissarları Hindistana göndərməyi təklif etdi və bunun cavabında Aşqabad
(icraiyyə) komitəsinin üzvlərindən biri cavab verdi ki, o öz sərəncamını verə
bilər… Bundan iki gün sonra Tiq Consa məlum oldu ki, komissarlarla bağlı
tədbirlər görülüb, özü də bu zaman onların qətlinə işarə edilirdi. Bu barədə kapitan Tiq Cons dərhal general Mallesonu xəbərdar etdi. Bir
müddət keçdikdən sonra Aşqabad komitəsinin həmin üzvü kapitan Tiq Consun yanına
həyəcanlı vəziyyətdə gələrək bildirdi ki, Şaumyanın qohumları onun harada
olduğu barədə soruşurlar və Tiq Consdan komissarların Hindistana göndərilməsi
xəbərinin dəqiq olmasını təsdiq etməsini xahiş etmişlər. Tiq Cons bundan
narazılıqla imtina etdi. Kapitan Tiq Consun komissarların qətlinə bütün
aidiyyatı bununla da bitir”.

Bu bəyanat
təbii suallar doğurur: “Şaumyanın qohumlarının xahişi” barədə səsləndirilən
fikir daşnaq-bolşevik lideri S.Şaumyanın ömrünün sonunadək Hindistanda yaşadığı
barədə zaman-zaman ictimaiyyət arasında dolaşan fikirlərə, o cümlədən,
“güllələnmiş” komissarın son illərdə yazdığı kitabın Hindistan muzeyində
saxlandığına şahidlik edən Püstəxanım Əzizbəyovaya haqq qazandırmırmı?
Komissarların 26 nəfəri o vaxt güllələnmişdimi?

Əlimizdə
olan teleqram mətnlərində, rəsmi sənəd olaraq, bu suallara aydın cavab verilir.

Teleqram
P.№M.D 00538, vaxtı 18/ alınıb 19 sentyabr 1918-ci il/.General Mallesondan,
Məşhəd — Baş Qərargahın rəisinə. Simla.

1.
Sentyabrın 17-də Battin Krasnovodskdan teleqraf vasitəsilə bildirib ki, Bakıdan
bura gələnlər arasında onlar bolşevik rəhbərləri Petrov, Şaumyan, Avakyan,
Caparidze, Karqanovu həbs etmişlər. Bu zaman sursatla bərabər iki pulemyot və
silah müsadirə edilib. 2. Aşqabad hökumətinə yuxarıda adı çəkilən liderlərin
Hindistana göndərilməsi ilə əlaqədar onların mənə verilməsi ilə bağlı sorğu
göndəririk, çünki indiki vaxtda onların Zakaspidə olmaları olduqca
təhlükəlidir”.

Söhbət 18—19
sentyabr 1918-ci ilə aid olan bu teleqramda göstərilən liderlərin Hindistana —
ingilis müstəmləkəçilərinin Şərqdəki baş qərargahına aparılmalarından
gedir.Məsələ belə olduğu halda adı gedən komissarların ingilis qərargahının
göstərişi ilə aradan bir neçə saat keçəndən sonra, yəni 20-nə keçən gecə xüsusi
qatarda Aşqabaddan 207 kilometr aralıda tarixi ad almış yerə — “Ağcaqum
çölləri”nə gətirilərək orada başqa komissarlarla bir yerdə “güllələnmələri” heç
cür ağıla sığası deyildir. Çünki teleqramda bu liderlərin təcili güllələnmələri
deyil, onların Zakaspi Diktaturasında saxlanılmalarının fövqəladə təhlükəli
olduğu qeyd edilirdi.

Törədilən
qanlı cinayətdən 3 gün sonra Hindistana Məşhəddən vurulan teleqram
“güllələnmənin” üstündən 90 il (1918-2009) keçəndən sonra tarixi həqiqətə
aydınlıq gətirir. Təəssüf ki, teleqramın nəşr mətnində son fikirlər
buraxılmışdı.

“Teleqram
P.N M.D. 00581 23 sentyabr 1918-ci il. General Malleson. Məşhəd — Baş
Qərargahının rəisinə. Simla. Məxfi. Sizin 1 75457 M.O.İ. 21 sentyabr tarixli
sorğunuzda məruzə edilir ki, 26 keçmiş Bakı bolşevik rəhbəri güllələnib, beş və
ya altı nəfər az nüfuzlu şəxslərə rəhm edilib”.

Əvvəla, bu
“bağışlanmış” adamlar kimlərdirlər və onların hansı səbəbdən, nəyin bahasına
qəddar ingilis müstəmləkəçilərinin qanlı caynağından xilas olmaları sənəddən
bəlli olmur. Bəlli olan budur ki, ingilis imperializminə qəti düşmən olmuş
bolşevik liderlərinə “çox əhəmiyyətli”,”az əhəmiyyətli” bölgüsü ilə
yanaşılacağına ağılı başında olan kimsə inanmaz. İkincisi, teleqramda “beş-altı
az əhəmiyyətli adamın bağışlanması” qeyd olunur ki, bu da birinci sənəddə
adları çəkilən liderlərin sayına tam uyğun gəlir.

“Teleqram P.
№ M.D. 00595 24 sentyabr 1918-ci il . General Malleson, Məşhəd — Baş Qərargahın
rəisinə. Simla.

Xətti azad
edin: Sizin 24 sentyabr № 76488 — M.O.Z. sorğunuzda…

Məlumatlara
görə sadaladığımız şəxslər artıq edam ediliblər (bax. Mənim 13 sentyabr M.D.
00581 teleqramım). Üç bolşevik burada həbsdədirlər, lakin onların elə bir
əhəmiyyəti yoxdur. Şübhəsiz ki, mən digərlərini Aşqabad hökumətindən ala
bilərəm, lakin mənə zəmanət verdilər ki, doğrudan da, əsil nüfuza malik
olanların hamısı öldürülüb”.

Göründüyü
kimi, üçüncü sənəd aydınlaşan məsələnin üstünə yenidən qara örtük salır, fikrin
kələfini dolaşdırır və bizi sual qarşısında qoyur. Düşünürük, əvvəla, görəsən
bağışlanmış “beş,ya altı nəfər az əhəmiyyətli” bolşevik bircə gün sonra, bəlkə
də, bir neçə saat keçməmiş hansı səbəbdən təkrarən “bağışlanma mərasimində”
saf-çürük edilir; ikincisi, kimlər yenidən “bağışlanırlar” və “nə üçün
bağışlanırlar”- bəlli olmur.

Lakin həmin
illərdə kələfi məharətlə düyünə salanların ustadı olmuş Anastas Mikoyan
istəməsə də özü bunu açır.Bu baxımdan onun “Bakinski raboçi” qəzetində
yerləşdirilmiş məqaləsi (26-ların matəm gününə həsr edilmiş “Qanlı ildönümü
münasibətilə” adlı məqalə) maraqlıdır. Guya o, ingilislərin və Mərkəzikaspi
Diktaturasının Aşqabadda yaratdıqları həbsxananın ölüm kameralarına
yerləşdirilmiş “26 Baki komissarları”ndan olan 16 nəfərlə bir yerdə
olmuşdu.Lakin o illərdə “26-lar”la əlaqədar aparılan istintaq materiallarında
A.Mikoyanın Aşqabad həbsxanasında olması barədə heç bir qeyd yoxdur.

Hadisə ətrafında toplanmış rəsmi sənədlər təsdiq edir ki, A.Mikoyanın özü bolşevizmin amansız düşmənləri olan ingilislərin və Mərkəzikaspi Diktaturasının Bayıl həbsxanasına atdıqları “26-ları” həmin qurumların verdikləri rəsmi sənəd əsasında həbsxanadan cıxararaq, silah altında Həştərxana gedəcək “Sevan” gəmisinə deyil, düşmənlərin hazırladıqları “ölüm konveyerinə”— Krasnovodska yol alacaq “Türkmənistan” gəmisinə mindirmişdi.

Ardı var….

Pr.Dr Əjdər TAĞIOĞLU, “Turan Araşdırma Mərkəzi” nin sədri