Daşnaq – bolşevik terrorunun ideoloqları : Stepan Şaumyan, Anastas Mikoyan…. 2 – ci yazı

Yazının 1-ci hissəsini, burdan oxuya bilərsiz. https://onn.az/banner/dasnaq-bolsevik-terrorunun-ideoloqlari-stepan-saumyan-anastas-mikoyan-1-ci-yazi/

Yazı ilk dəfə 2009-cu ildə Xalq qəzetində yayımlanıb. 

Dünyaya satılmaq üçün gələn “millət” – ermənilər!” –  Əjdər Tağıoğlu

Bəs bu külli- ixtiyar ona haradandı? Məkrli, hiyləgər siyasətlə Kremlin “rəşadətli bolşeviklər” siyahısında yer almış A.Mikoyanın siyasi simasızlığını meydana qoyan rəsmi sənədlərlə,”26-lar”ı qətlə yetirən 41 nəfər məhkumun məhkəmə prosesində verilən ifadələrlə, özünün müstəntiqə şəxsən verdiyi izahatla tanış olduqda bu sualın cavabı aşkarlanır. O, Mərkəzikaspi Diktaturasının məsul işçilərindən,mauzerist canilərinindən olmuşdu. Bütün bu təkzibedilməz gerçəkliklə S.Şaumyanın və onun başqa iki soydaşının,habelə özünün tarixi satqınlığını gizlətmək üçün A.Mikoyanın süni şəkildə düzüb-qoşduğu “həbsxana tərcümeyi-halı” “faktı” antifakta çevrilir.

Məqalədən
parçalar:

“Üç gün idi
ki,biz bu zindana düşmüşdük. Şaumyan, Çaparidze, Fioletov və başqa yoldaşlar
bizim kamerada idilər–cəmi on altı adam var idi. …Sentyabrın 20-sinə keçən
gecə idi.Kamerada olan bütün məhbusları üç qrupa böldülər.Birinci iki qrupu
sıralarımızdan qopararaq kameradan çıxardılar.”

Aparılan iki
qrupa daxil edilənlər, Mikoyanla üçüncü qrupa ayrılanlar kimlər idilər bəlli
olmur. Bəs Mikoyanın şahidlik etdiyi üç qrupa ayrılmış on altı nəfərdən başqa
yerdə qalan bolşeviklər harada saxlanılırdılar ? O,bu barədə də məlumat vermir.
Aparılanların taleyi də qaranlıq qalır.

Məqalədə
oxuyuruq:

“Əzablı
günlər və həftələr ötüb keçir,bir xəbər gəlmir.”

Buradan belə
çıxır ki, 20 sentyabr tarixindən, başqa sözlə, “Ağcaqum”da baş vermiş qanlı
hadisə günündən “həftələr ötüb keçsə” də, Mikoyanın məqsədli olaraq adlarını
çəkmədiyi onunla üçüncü qrupa ayrılmış bolşeviklər hələ də həbsdə imişlər.
Şahidin “ifadəsindən” təbii sual doğur: hansı məqsədlə Zakaspi Diktaturası və
ingilis müstəmləkəçiləri qatı düşmənləri olaraq həbs etdikləri bolşeviklərin
hamısını bir yerdə məhv etməmiş, onları “üçüncü növə” ayırmış və sonuncuları
tarixə yazdıqları qanlı gündən “həftələr ötüb keçsə də” mühafizə altında
saxlamışlar?! Şərti qəbul edək ki, həmin “məhbus”lardan biri Mikoyan olmuşdu. Bəs
o biri məhbuslar kimlər idilər? Onlar da güllələnmişlərmi? Əgər
güllələnmişlərsə, bəs o zaman “Kremlin rəşadətli bolşeviki” Mikoyanı hansı
“möcüzə” xilas etmişdi. Məqalədə bu məsələ də aydınlaşmamış qalır.

Mikoyan 26
Bakı komissarlarının, guya, onunla eyni kamerada yerləşdirilmiş on altı
nəfərini birinci və ikinci qrupa ayırır, lakin onların ümumi sayı barədə
məlumat vermir. O, yazır:

…Onların
harada olduqlarını,hara aparıldıqlarını bilə bilmirik. Bəziləri deyirlər ki,
onlar Aşqabaddadırlar, başqaları deyirlər ki, İrandadırlar…”

A.Mikoyanın
şahidliyi S.Şaumyanın sirli “ölümünün” Kreml tərəfindən 90 il xalqdan
gizlədildiyini aşkara qoymuş olur. Lakin
o,”Alyoşa”,”Vaneçka” uydurması ilə, başqa millətdən olan
komissarların adlarını çəkməklə həm özünün, həm də S.Şaumyanla yanaşı iki
soydaşının tarixi xəyanətlərinin üstünü ört-basdır etməyə çalışır.

Yalançı “şahid” uydurmalarına davam edərək yazır: “Yaxın dostlarımızın harada olduğunu bilmirik…şübhə qəlbimizə girir, onu
parçalayır. Stepanın, Alyoşanın, Vaneçkanın daha sağ olmadıqlarını düşünmək
ağırdır… Birdən birisi bayırdan qəflətən bizə, həbsxanaya qorxunc bir
həqiqəti gətirib xəbər verir, eser cəlladların misli görünməmiş cinayətinin
dəhşətli mənzərəsini mənə təsvir edir. Bu adam Krasnovodskda dəmir yolu
fəhləsiydi, gərək ki, bələdçi idi. Nə biz onu tanıyırıq, nə də o bizi… Həmin
gecə o, vağzalda imiş. O, burada qiyafələrini dəyişmiş,başlarına ağ çalma
geymiş silahlı, şübhəli adamlar görür. Vaqonlarda kürəklər var imiş. O, pis və
dəhşətli bir iş hazırlandığını duyaraq, bu qanlı divanın şahidi olmaq qərarına
gəlir.”

A.Mikoyanın
təsvir etdiyi ətraf şəraiti, kənar adam üçün olduqca təhlükəli vəziyyəti
gözünüz qarşısında canlandırın. Mikoyanın “şahidinin” keçirdiyi qorxulu
psixoloji vəziyyəti yaşayın və belə bir suala cavab verin: “başlarına ağ çalma
geymiş silahlı adamlar” və “vaqonlarda kürəklər” görməklə siz “pis və dəhşətli
bir iş hazırlandığını duya” bilərdinizmi? Haradan bilərdiniz ki, “ağ çalma
geymiş” bu adamlar məhz “qanlı divan” tutmağa hazırlaşırlar? Bunu bilmək üçün
“vaqonda kürəkləri” görmək lazım idimi? Bəlkə, həmin adamlar qumlu səhrada
kürəklə arx çəkməyə, su gətirməyə və ya kürəklə görülə biləcək başqa bir işin
dalıyca gedirmişlər? Bəs siz bilərdinizmi ki, o “başlarına ağ çalma geymiş silahlı
adamlar” hökmən “qiyafələrini dəyişmişlər?” Əgər siz Mikoyanın uydurduğu “şahid
ifadəsinə” inanmış olsanız, o zaman gərək həmin adamların əvvəlki keyim forması
barədə də məlumatınız ola.

Mikoyanın
heç bir siyasi məqsəd güdməyən şahidinin (“yalançının şahidi yanında olar” —
deyiblər) marağı nə qədər dəlilik dərəcəsinə çatır ki, o, şirin canını fəlakətə
atır. Yuxarıdakı cümlənin davamında oxuyuruq: “Kimsənin gözünə görünmədən
vaqonların arasına girib buferlərin üstündə əyləşir.O,öz gözləri ilə görür ki,qatarı
uzaq bir səhrada dayandırdılar, kommunizm uğrunda çarpışan “mübarizləri”
dəstə-dəstə vaqonlardan çıxartdılar,dəmir yol xətti yaxınlığında onlara
vəhşicəsinə divan tutdular.”

Bu “gözə
görünməmək” hara,”vaqonlarda kürəkləri görmək” hara?! 1.Əgər “gözə
görünməmək” lazım idisə, deməli vaqonlar ciddi silahlı nəzarətdə idi, o ətrafa
yaxınlaşmaq da olduqca təhlükəli idi. 2. Əgər,hətta “vaqonlarda kürəkləri
görmək” təsadüfi adam üçün adi məsələ imişsə, deməli, vaqonlar nəzarətsiz
imişlər və “gözə görünməmək” də kimsəyə lazım deyilmiş. Əcəb erməni nağılıdır!

Mikoyanın
nağılından belə çıxır ki, güllələnməyə gətirilmiş bolşeviklər bir vaqona deyil,
bir neçə vaqona yerləşməsi mümkün olan sayda olmuş, onları da guya
“dəstə-dəstə” vaqonlardan çıxartmışlar. Bəs elə isə nə üçün daşnaq-bolşevik
lideri S.Şaumyan başda olmaqla “dostluq və qardaşlıq” qurbanlarının kitablarda
sayca 26 nəfərdən ibarət olduğu yazılırdı? Bu məsələnin bir tərəfi. Digər
tərəfinə gəldikdə Zakaspi Diktaturasının “üçüncü qrup”a Mikoyanla birlikdə
“seçdiyi” məhbuslar kimlərdir və onların son aqibətləri necə olmuşdu?

SSRİ
xalqlarından Kremlin gizlin saxladığı tarixi həqiqət insanlara 90 ildən sonra
məlum oldu. “26 Bakı Komissarları”nın ümumi məzarı başqa əraziyə köçürülərkən
tarixi sirr meydana çıxdı: “26-lar”dan 3 komissar məzarsızdı! Bu faktı yuxarıda
mətnini verdiyimiz rəsmi sənəd də təsdiq edir: “24 sentyabr. Məlumatlara görə, adı çəkilən şəxslər artıq edam ediliblər.
Bolşeviklərdən üçü burada həbsdədirlər”. A.Mikoyan Mərkəzikaspi hökuməti
tərəfindən həbs edilmiş “26-lar”ı Bakıdan çıxarmaq üçün kim tərəfindən
səlahiyyətli şəxs edilmişdi? “26-lar” barədə geniş istintaq araşdırmaları
aparmaq səlahiyyəti olmuş eser Vadim Çaykinin “26 Bakı Komissarlarının e’damı”
kitabında verilmiş məlumatlar “Böyük Armeniya” naminə erməni liderlərinin bütün
tarixi çağlarda siyasi fahişə olduqlarını meydana qoyan çox qiymətli tarixi
faktlardır. Diqqət yetirək.

Lev Dalinin
verdiyi yazılı ifadə “26-lar”ın faciəli taleyinə səbəb olmuş Anastas Mikoyanın
Qafqazda inqilab alvovunu söndürmək uğrunda vuruşan ingilis müstəmləkəçiləri və
Mərkəzikaspi Diktaturası ilə iş birliyində olduğunu ifşa edən rəsmi sənəddir.
Dalinin öz əli ilə yazdığı ifadə bundan ibarətdir:

“1. Yoldaş
V.A.Çaykinə: Sizin tərəfinizdən 26 bolşevik komissarının (Bakıdan) qətli ilə
bağlı iş üzrə məhkəmə-istintaq komissiyasının təşkili barədə məsələ
qaldırıldığına görə, Bakı şəhəri fövqəladə istintaq komissiyasının sədrinə, Lev
Dalin, bu məsələnin tam mənzərəsi yaranması üçün aşağıdakı məlumatları
nəzərinizə çatdırmağı öz borcum hesab edirəm: Bakı Sentrokaspi diktaturasının
sərəncamına əsasən keçən ilin 16-18 avqustunda komissarlar və bir sıra bolşevik
rəhbərləri ələ keçirilmiş gəmilərdən çıxarılaraq 1 nömrəli mərkəzi, 2 nömrəli
Bayıl həbsxanalarına gətirilmişdilər.  Avqustun 25-də bolşeviklərin hamısı Bayıl
həbsxanasında idilər.
        2. Bolşeviklərin işi üzrə
istintaqı fövqəladə komissiyanın müstəntiqi, hələ bolşeviklər tərəfindən dəvət
edilmiş vətəndaş Çukov aparırdı.

3.
Sentyabrın 14-də saat 10-11 radələrində bolşevik Mikoyan Sentrokaspi
Diktaturası və İcraiyyə Komitəsindən mənim ünvanıma A.Velunun və katib
A.Ter-Karapetyanın imzası ilə bütün həbsdə olan bolşeviklərin “Sevan” gəmisinə
yerləşdirilməsi barədə sərəncam gətirdi. Gəminin komandiri haraya getmək barədə
sərəncamı sonra biləcəkdi. Burada həmçinin dayandığı yer göstərilmişdi.

5. Yoldaş
Mikoyanın imzasına əsasən həbsxananın siyasi korpusunda bütün saxlanılanların
buraxılması barədə icazəni imzalayaraq mən ona Bakı komissarlarının gəmiyə
mindirilməsi zamanı müşayiət və qorunma üçün 12 nəfərdən ibarət 1-ci bölməni
özü ilə götürməyi təklif etdim.

Petrovskdə,
komissarları müşayiət edən bölmə rəisinin mənə etdiyi məruzədən
müəyyənləşdirdim ki,

a) onlar
göstərilən yerə gəldikləri vaxt “Sevan” paraxodu orada olmamışdır;

b) bunun
yaxınlığında olan yerdə onlar “Türkmən” və ya “Torkan” (dəqiq yadımda deyil)
gəmisinə minərək dənizə çıxdılar;

v) onlarla
eyni vaxtda partizan T.Əmirov öz dəstəsinin bir hissəsi ilə həbsxanaya
yaxınlaşdı (gəmidə olan Əmirovlardan biri);

q) yol boyu
mübarizə başladı: bir tərəfdən Həştərxana tərəf yönəlmək təklifi edən Əmirovun
təhdidləri və rüşvət təklifləri, digər tərəfdən isə gəmi komandirinin yanacaq
qıtlığı səbəbindən Həştərxana getməmək bəyanatları — özü də komandir iki
istiqamət göstərdi — Petrovsk və ya Krasnovodsk; nəhayət Krasnovodska getmək
qərara alındı, belə ki, Biçeraxov Petrovskda idi;

d)
Krasnovodska çatan kimi onların hamısı İcraiyyə Komitəsi tərəfindən saxlanıldı.

Vicdan və
namus borcu qarşısında bütün dediklərimi təsdiq edirəm. L.Dalin

Tiflis
şəhəri, 4 iyun, 1919-cu il.

Vadim Çaykin A.Mikoyanın tarixi satqınlığını Mərkəzikaspi dövlətinin əsas simalarından olan Abram Veluntsla əlaqədar araşdırmalarına və L.Dalinin yuxarıda verdiyimiz rəsmi ifadəsinə yekun olaraq aşağıdakı nəticə ilə təsdiq edir. Bu nəticəyə yuxarıda adı çəkilən Abram Veluntsun şəxsi ifadəsi əsasında gəlinib. Onun dediyi Mikoyan tərəfindən azad edilən və onunla birgə Bakıdan gedən komissarla bağlı faktla ümumilikdə tam üst-üstə düşür.

Yuxarıda nümunə gətirdiyimiz rəsmi sənədlər və A.Mikoyanın “canlı şahidliyi” əsas verir söyləyək ki, Mərkəzikaspi Diktaturası Bayıl həbsxanasına atdığı komissarların və başqa bolşevik liderlərinin Bakıdan çıxarılması üçün ona elə-belə,səbəbsiz icazə verməmişdir. Hadisələrin sonu göstərir ki,ingilis müstəmləkəçilərinin əlaltısı olmuş yerli satqın diktaturanın məhbusları çaşbaş salmaq üçün əvvəlcə səsləndirdikləri “Sevan” gəmisində deyil,”Türkmən” gəmisində yola salması da təsadüfi hadisə deyildir. Bu, dünya erməni diasporunun ideoloji savaş maşınının hazırladığı, lakin gözləmədikləri halda ingilis bayrağı altında Qafqazda fırtınaya düşmüş “Böyük Hayastan” “gəmisinin” batmaq (Nuru paşanın komandanlığı altında türk ordusunun Bakıya olan müzəffər yürüşü ilə) ərəfəsində olduğunu erməni həssaslığı ilə hiss edən S.Şaumyanla A.Mikoyanın Lenin Rusiyasının, eyni zamanda, Bakı fəhləsinin gözündə pərdə asmaq üçün əcnəbi və yerli satqın ağaları ilə birgə tərtib etdikləri plana uyğun idi.

Ardı var….

Pr.Dr Əjdər TAĞIOĞLU, “Turan Araşdırma Mərkəzi” nin sədri

PS; Yazının 1-ci hissəsini, burdan oxuya bilərsiz. https://onn.az/banner/dasnaq-bolsevik-terrorunun-ideoloqlari-stepan-saumyan-anastas-mikoyan-1-ci-yazi/