ONN İnformasiya Agentliyi

DİN-dən Bakıda bir qrup qazinin yolu bağlamasına reaksiya

DİN-dən Bakıda bir qrup qazinin yolu bağlamasına reaksiya
26 Oktyabr 2021 - 12:08

Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.

ONN media bildirir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: “Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png