Dövlət mənəm – Ali Baş Komandan İlham Əliyevə ithaf olunur – YUNUS OĞUZ

 Ali Baş Komandan İlham Əliyevə  ithaf edirəm

Torpağımçün savaşaram

Addım-addım,

Əli yalın olsam belə

Gözlərimi silah edib

vuruşaram

Dövlət mənəm!

Uçağınla bu dünyanı

Qarış-qarış

dolaşaram

Dövlət mənəm!

Ağrıların çəkənəm

Torpağını əkənəm

Daş-divarın tikənəm

Dövlət mənəm

Yad torpaqda bir qarış da gözüm yox

Bu torpağa düşmən ayaq basacaqsa

Silahım var,

Sözüm yox…

Haqsız-haqsız

Üzərimə yeriyənə

Dözüm yox

Dövlət mənəm!

Nə gözəl- Dövlət olmaq

Haqqı-ədalət olmaq

Dövlət mənəm!

Dövlət sənsən!  

Dövlət bizik!