ONN İnformasiya Agentliyi

Dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alındı

Dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alındı
24 İyul 2021 - 13:07

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 573 mindən çox artıb.

Ötən sutka ərzində 573 min 762 nəfər yeni koronavirusa yoluxub, 8 min 646 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 194 milyon 14 min 60, ölənlər isə 4 milyon 159 min 695 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,2 milyon), Hindistan (31,3 milyon), Braziliya (19,6 milyon), Rusiya (6 milyon), Fransa (5,9 milyon), Böyük Britaniya (5,6 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ni ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png