Düşmənimiz kimdir?! – Cavid İSMAYIL yazır

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi
qiymətləndirmək lazımdır” – Ümummilli lider Heydər Əliyev.

Mətləbə
keçməzdən öncə son 200 ildən yuxarı olan tariximizi qısa xatırlayaq.

1813-cü ildə Qacar
dövlətinin Güney Qafqazdan Rusiya imperiyasının xeyrinə əl çəkməsi Naxçıvan və
İrəvan xanlıqları istisna olmaqla Arazın şimalındakı bütün Azərbaycan
xanlıqlarının Rusiyanın müstəmləkəçiliyinə keçməsinə səbəb oldu. Daha sonra
1828-ci ildə, ikinci Rusiya-Qacar  müharibəsindən sonra adı sülh
müqaviləsi olsa da, qədim tarixə, zəngin keçmişə malik olan bir xalqı yenidən
parçaladılar. Bu dəfə balaca bir Türkmənçay kəndində minillik çinara növbəti
balta vurularaq Naxçıvan və İrəvan xanlıqlarını da Rusiya ilhaq elədi.

1813-cü ildən
Rusiya imperiyası dövlət kimi forma və məzmununu  dəyişsə də, çoxəsrlik
rus diplomatiyası biz türklərə qarşı amansızlığından, düşmənçiliyindən əl
çəkmədi.

Rusiya ilhaq
etdiyi dədə Türk torpağı olan Azərbaycanı param – parça etdikdən sonra bu
ərazilərdə demoqrafik dəyişikliklər etməyə başladı. Kütləvi olaraq ermənilərin
bu ərazilərə gətirib yerlədirilməsi hər birimizə məlumdur.

1840-ci il Rusiya imperiyasında
ərazi idarəetmə sistemində apardığı islahatlara uyğun olaraq, yeni idarəetmə
sistemi olan Komendat İdarəetmə Sisteminin yaradılması ilə, tarixi Azərbaycan
torpağı olan Dərbəndin, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf
əraziləri Dağıstan vilayətinə birləşdirilməsini təmin etdi.

Daha sonralar
İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Ağdabanı – əfsuslar olsun ki, və sairə…

Ötən əsrin
90-larının sonunda qədim türk torpaqları olan İrəvandan bütün azərbaycanlıları
öz dogma yurdlarından deportasiya etdilər. Və təbii ki, gözünü qan tutmuş
düşmən və çox əsrlik tarixə malik olan məkrli rus siyasəti bununla
kifayətlənmədi və bu gün 20 faizdən artıq torpaqlarımız məkrli rus imperiya
siyasətinə “sadiq” olan, bu gün də böyük xoşbəxliklə özlərini Rusiyanın
forpostu sayan, səllim itlər olan ermənilərin işğalındadır.

Bu gün hər birimiz
təcavüzə uğrayan ana-bacılarımızın, başı kəsilən, yandırılan, diri-diri torpaq
altına basdırılan körpələrimizin, atalarımızın, qardaşlarımızın, analarımızın,
qız-gəlinimizin Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin tökülən
qanlarının qisasını almaq üçün o, tarixi şərəfli günü gözləyirik.

Lakin məni narahat
edən bir məsələ var. Doğrudan da bütün dünyaya bəllidir ki, ermənilərin
arxasında həm də Rusiya var. Və onların torpaqlarımızın işğalında birbaşa
olaraq iştirakı hər birimizə bəllidir. Bu gün, Xocalı soyqırımından danışanda
da qeyd edirik ki, keçmiı SSRİnin qətliyam törədiləndə faktiki olaraq Rusyanın
366-cı alayı da bu qətliamda nəinki iştirak etdi, eyni zaman da bu soyqırımın
əsas gücü oldu.

Eyni
zamanda, 1-ci Qarabağ savaşı zamanı yüzlərlə sübutlar var ki, bizə qarşı
savaşanlar elə Rusyanın hərbi hissələridir. Məsələn, tanınmış rusyalı
jurnalist, televiziya aparıcısı Aleksandr Qleboviç Nevzorovun Milli qəhrəmanımız
şəhid Vəzir Orucov haqqında – “… həyatımda ən cəsarətli gördüyüm adam
azərbaycanlı olub – onun adı Vəziridi ” deməsinin ardından həmin
istiqamətdə döyüşlərdən söz açaraq bildirir ki, qarşı tərəfdə ermənilər deyil,
Rusyanın qoşun hissələri döyüşürmüş.

Bütün bunlar bir
daha sübut edir ki, Rusiya imperiyası “formaca” SSRİ adlandı, lakin imperiya
baxışları və biz türklərə qarşı məkrləri dəyişmədi. Əksinə daha qəddar və
amansız oldular.

Düz
100 il bundan əvvəl, 28 aprel istilasının,
yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
süqutunün başında da
Çar Rusiyasının müstəmləkəçilik  siyasətini özünün ana siyasətinin
əsas xətti kimi qəbul edən Sovet imperiyası yeni qılıfda həmin imperiya
maraqlarını həyata keçirmiş oldu. Bu dəfə daha qəddar və amansız oldu.

Şanlı ordumuzun aprel döyüşləri zamanı da Azərbaycana təziq edərək döyüşləri dayandıran da, elə həmin SSRİ-nin formaca dəyişdiyi, lakin yenə də həmin xislətə xidmət edən bugünkü Rusiya oldu. Bəli, Rusiya dünyada əvvəlki kimi supergüc olmasa da, regionda söz sahibidir, güclü və təhlükəlidir. Bütün dünyanın gözü önündə Gürcüstanın ərazilərinə əl qoydu, Krımı ilhaq elədi, Ukraynanın digər ərazilərinə silah-sursat əsgər, yeritdi və yenə qan tökdü. Rusiya imperiyasının məkrli xisləti bu dəfə öz qardaşlarının-slavyan qanını axıtdığını bütün dünyaya sərgilədi.

Məni düşündürən
odur ki, son 200 ildən çox olan dövrdə Rusiya güclü olub. Bizlər isə
itirə-itirə getmişik. Elə bilin ki, tarix boyu, Vətənə ana deyib onu qorumaq
üçün 7-dən 70-ə səfərbər olub ayağa qalxan millət deyilik.

Bu gün müstəqil
ölkəyik. Zaman fəqrqli olsa da məkirli düşmənlər eynidir. Anlamalıyıq ki,
bizlər bir yerdə güclü və yenilməz olarıq!
Tarixdə buraxılan səhvləri təkrarlamağa heç kimin haqqı yoxdur!

Əfəndilər! Bəs siz nə düşünürsünüz!
Şəhidlərimizin qisasını almaq, təcavüz edilmiş qız-gəlinlərimizin namusunu təmizləmək naminə
milli mənəvi dəyərlərimizə sahib çıxmaq, ANA dediyimiz Vətən uğrunda Ali Baş Komandanın əmri ilə müqəddəs savaşa qalxmalı deyilikmi?!

Allah qisas
günümüzü yaxın etsin!

 PS; Bu yazı ilk dəfə 06.05.2019 – cu ildə
mətbuatda yayımlanmışdır.