ONN İnformasiya Agentliyi

Düşmənin qorxulu yuxusu GERÇƏK OLDU: “Bayraktar AKINCI” silahlanmaya daxil edilir

Düşmənin qorxulu yuxusu GERÇƏK OLDU: “Bayraktar AKINCI” silahlanmaya daxil edilir
28 Avqust 2021 - 22:35

“Bayraktar AKINCI” pilotsuz uçuş aparatı sabah Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək.

ONN media  xəbər verir ki, “Baykar” şirkəti tərəfindən daxili və milli resurslarla hazırlanan “Bayraktar AKINCI” sabah keçiriləcək mərasimdə təhlükəsizlik qüvvələrinə təqdim olunacaq.

“Bayraktar AKINCI”nin hazırlanması zamanı 3 prototip təqdim olunub. PUA-lar ilk uçuşunu 6 dekabr 2019 -cu ildə həyata keçirib. Prototiplərin ardınca ilk dronların seriyalı istehsalına başlanılıb.

“Bayraktar AKINCI” PUA-sı milli istehsalı olan təyyarənin qalxa biləcəyi ən hündür nöqtəyə qalxaraq Türkiyə aviasiya tarixində rekordu qırıb.

Bayraktar PUA-sı ilə də hava bombardmanı mümkün olacaq ki, bu da döyüş təyyarələrinə düşən yükü azaldacaq. Milli istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək pilotsuz uçan aparat beləliklə hava hədəflərini zərərsizləşdirə biləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png