ONN İnformasiya Agentliyi

Ermənilər bu lövhədən TƏŞVİŞƏ DÜŞDÜ

Ermənilər bu lövhədən TƏŞVİŞƏ DÜŞDÜ
14 Sentyabr 2021 - 10:28

Qubadlı rayonu ərazisinin Gorus-Qafan avtomobil yolundan keçən hissəsində yeni lövhə quraşdırılıb.

ONN media  xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanı yayıb.

“Aysor.am” saytında dərc olunan xəbərdə bildirilir ki, üzərində “Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.

“Gorus-Qafan magistral yolunun Şurnux hissəsində yol polisi məntəqəsindən başqa azərbaycanlılar “Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan yeni bir löhvə də qoyublar. Həmçinin Azərbaycan tərəfinin İran yük maşınlarını saxlaması və yoxlaması nəticəsində sözügedən avtomobil yolunda gün boyu sıxlıq yaranıb”, – xəbərdə qeyd olunub.

Bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə ermənilər arasında təşvişə səbəb olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png