Ermənilər Gəncəni belə vurdu – ANBAAN VİDEO

Gəncə şəhərindəki mülki yaşayış obyektlərinin Ermənistan ordusu tərəfindən hücuma məruz qalmasından bir il ötür.

ONN media  Gəncə şəhərindəki mülki əhalinin yaşadığı binanın Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulma görüntülərini təqdim edir:

Aşağıdakı videogörüntü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb. 4,15 dəqiqədən sonrakı kadrlarda həmin anları izləmək mümkündür.

Qeyd edək ki, Ermənistan ordusu gecə saat 2 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.