Ermənistan Xızı və Abşerona da raket atıb – Hikmət Hacıyev

ONN media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter hesabından Ermənistan Silahlı Qüvvələrinin Xızı və Abşeron rayonu ərazisinə raket zərbələri endirilməsi haqqında paylaşım edib.

O, qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atılıb.