ONN İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb – RƏSMİ
21 Oktyabr 2020 - 10:58

Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən ONN media -ya bildirilib ki, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png