ONN İnformasiya Agentliyi

“Facebook” nasazlığın səbəbini açıqladı və bu məlumatı TƏKZİB ETDİ

“Facebook” nasazlığın səbəbini açıqladı və bu məlumatı TƏKZİB ETDİ
05 Oktyabr 2021 - 9:25

“Sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib”.

ONN media xəbər verir ki, bu barədə “Facebook” şirkətinin məlumatında deyilir.

“Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər”, – şirkətdən bildirilib.

Həmçinin qeyd edilib ki, bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur.

Xatırladaq ki, ötən gün “Facebook”, “İnstagram” və “WhatsApp” 6 saatdan çox işləməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png