ONN İnformasiya Agentliyi

“Facebook” və “Instagram”da yenə PROBLEM YARANDI

“Facebook” və “Instagram”da yenə PROBLEM YARANDI
05 Oktyabr 2021 - 20:55

Müxtəlif ölkələrdən olan “Instagram” və “Facebook” istifadəçiləri sosial şəbəkələrin işində böyük miqyaslı problemlərin yarandı barədə məlumat veriblər.

ONN media xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.

Bildirilib ki, şəbəkələrdə yaranan nasazlıqlarla bağlı şikayətlərin sayı səhər saatları ilə müqayisədə 5 dəfə artıb. Ən çox problemlə amerikalı istifadəçilər üzləşiblər. Həmçinin, Rusiya, İngiltərə, Fransa, Almaniya, Hollandiya və digər ölkələrdən olan istifadəçilər də problemlə bağlı məlumat veriblər.

İstifadəçilərin 54%-i tətbiqdəki problemdən, 25%-i vebsaytın yüklənməməsindən, digər 39%-i şəbəkəyə qoşulmaqdan şikayətlənir.

“Facebook”dakı nasazlıqlar isə əsasən sayt, tətbiq və şəbəkə ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün “Facebook”, “Instagram” və “WhatsApp”, eləcə də dünyanın bir sıra sosial şəbəkə platformaları və servislərində də problemlər yaranıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png