ONN media

Feysbuk yeni tanışlıq xidməti istifadəyə verdi

Feysbuk yeni tanışlıq xidməti istifadəyə verdi
06 Sentyabr 2019 - 20:21

Feysbuk sosial şəbəkəsi “Dating” adlı yeni tanışlıq xidməti istifadəyə verib.

ONN media  xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilib.

Xidmət hələ ABŞ, bir sıra Latın Amerika ölkələri və Cənub-Şərqi Asiyada aktivdir.

“Facebook Dating”də 18 yaşı tamam olmuş hər bir istifadəçi hesab aça bilər. Yeni xidmətdə İnstaqramdakı paylaşımları da bölüşmək mümkün olacaq.

Tanışlıq xidməti tezliklə Argentina, Braziliya, Kolumbiya, Meksika, Sinqapur, Tailand və Vyetnamda aktivləşəcək. Avropa sakinləri isə ondan yalnız 2020-ci ildə yararlana biləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png