ONN İnformasiya Agentliyi

“Füzuli aeroportunun açılışında iştirak edəcəyəm” – Ərdoğan

“Füzuli aeroportunun açılışında iştirak edəcəyəm” – Ərdoğan
21 Oktyabr 2021 - 14:39

“Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyik. Bu məsələ ilə bağlı qardaşım Prezident İlham Əliyevlə də danışmışıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi magistral yol və kənd təsərrüfatı ilə bağlı layihələrin açılışında da iştirak edəcək.

Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib.

O, Türkiyənin Azərbaycana minaların zərərsizləşdirilməsi istiqamətində verdiyi dəstəyin davam edəcəyini də vurğulayıb. Ərdoğan, Türkiyənin Azərbaycana minaaxtaran vasitələr göndərdiyini xatırladıb.

Qeyd edək ki, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək (APA).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png