ONN İnformasiya Agentliyi

Günah Qorbaçovdadır-Tahir TAHİROVİÇ yazır

Günah Qorbaçovdadır-Tahir TAHİROVİÇ yazır
12 İyun 2020 - 16:10

Tahir TAHİROVİÇ xüsusi olaraq ONN üçün.

Saat 08:00. Metroya enirəm. Ekskalatorun tən ortasında qara saçlı, qara bığlı, qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı və nəhayət, qara corablı dayanıb. Əlində tutduğu qara cib dəsmalı ilə özünü yelləyir. Yandan keçməyə heç kimə imkan vermir. Telefonda kiməsə deyir ki, bekarçılıqdır, gedirəm görüm, haranı gəzim.

Platformada qələbəlikdir. Adam adamın üstündə idi. Ard-arda qatarları buraxırıq. Vaqona daxil olmaq mümkün deyildi. Əsəbiləşmirdim. Çünki hamı dərs və iş dalınca gedirdi. Elə bunu düşünürdüm ki, yan tərəfdən səs gəldi. – Nə edək, hara gedək, harada gəzək?

Təxminən 10-15 nəfər dar şalvarı, üzü tüklü, saçı jeleli, qısa köynəkli oğlan yığınağı səhər çağı harasa getməyi düşünürdülər. Artıq dözə bilmədim. Yaxınlaşıb sözümü dedim. Anlatmağa çalışdım ki, imkan verin, camaat işinə-gücə getsin, sonra siz də avaralanmağa gedərsiniz. Amma və lakin xeyri olmadı. Qatar gələn kimi elə təpildilər ki, gəl görəsən.Həqiqətən işə tələsənlər bayırda qaldılar. Nə isə. Bu azmış kimi.

Üç aya yaxındır ki, karantinə görə Naxçıvan-Bakı istiqamətində təyyarə reysləri bağlanıb. Bakıda yaşayanlar, oxuyanlar və işləyənlər neçə aylardı, yolun açıldığını gözləyirdilər. Gözlədik və həmin an gəldi çatdı. Onlayn vasitəsilə alacağımız biletlər 10 dəqiqə ərzində bitdi və sayt çökdü. Sonra axşam Naxçıvandan bir tanışım mənə messencerdə yazır. – Axırı beşnəfərlik bilet aldıq. İstəyirəm, gəlim Bakını gəzim.

Təbii, mənim cavabım aqressiv oldu. Ay əbləh, imkan ver, işi-gücü olanlar, evlərindən neçə aylardı didərgin düşənlər bilet alıb gəlsinlər, sonra siz gəlib Bakıda avaralanarsınız da. Bax beləcə, burada adamı əsəbdən gic gümək tutur. Ona yazdım:

-Bunun bir günahkarı var. O da M.S.Qorbaçovdur. Nə isə.

-Qorbaçova nə dəxli var?

Mən cavab vermədim. Çünki o, bunu qanan deyildi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png