Günah Qorbaçovdadır-Tahir TAHİROVİÇ yazır

Tahir TAHİROVİÇ xüsusi olaraq ONN üçün.

Saat 08:00. Metroya enirəm. Ekskalatorun tən ortasında qara saçlı, qara bığlı, qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı və nəhayət, qara corablı dayanıb. Əlində tutduğu qara cib dəsmalı ilə özünü yelləyir. Yandan keçməyə heç kimə imkan vermir. Telefonda kiməsə deyir ki, bekarçılıqdır, gedirəm görüm, haranı gəzim.

Platformada qələbəlikdir. Adam adamın üstündə
idi. Ard-arda qatarları buraxırıq. Vaqona daxil olmaq mümkün deyildi. Əsəbiləşmirdim.
Çünki hamı dərs və iş dalınca gedirdi. Elə bunu düşünürdüm ki, yan tərəfdən səs
gəldi. – Nə edək, hara gedək, harada gəzək?

Təxminən 10-15 nəfər dar şalvarı, üzü tüklü, saçı jeleli, qısa köynəkli oğlan yığınağı səhər çağı harasa getməyi düşünürdülər. Artıq dözə bilmədim. Yaxınlaşıb sözümü dedim. Anlatmağa çalışdım ki, imkan verin, camaat işinə-gücə getsin, sonra siz də avaralanmağa gedərsiniz. Amma və lakin xeyri olmadı. Qatar gələn kimi elə təpildilər ki, gəl görəsən.Həqiqətən işə tələsənlər bayırda qaldılar. Nə isə. Bu azmış kimi.

Üç aya yaxındır ki,
karantinə görə Naxçıvan-Bakı istiqamətində təyyarə reysləri bağlanıb. Bakıda yaşayanlar, oxuyanlar və işləyənlər neçə
aylardı, yolun açıldığını gözləyirdilər. Gözlədik və həmin an gəldi çatdı.
Onlayn vasitəsilə alacağımız biletlər 10 dəqiqə ərzində bitdi və sayt çökdü.
Sonra axşam Naxçıvandan bir tanışım mənə messencerdə yazır. – Axırı beşnəfərlik
bilet aldıq. İstəyirəm, gəlim Bakını gəzim.

Təbii, mənim cavabım
aqressiv oldu. Ay əbləh,
imkan ver, işi-gücü olanlar, evlərindən neçə aylardı didərgin düşənlər bilet
alıb gəlsinlər, sonra siz gəlib Bakıda avaralanarsınız da. Bax beləcə, burada
adamı əsəbdən gic gümək tutur. Ona yazdım:

-Bunun bir günahkarı var. O da M.S.Qorbaçovdur.
Nə isə.

-Qorbaçova nə dəxli
var?

Mən cavab vermədim.
Çünki o, bunu qanan deyildi.