ONN İnformasiya Agentliyi

Günün qoroskopu: Situasiyada dəyişikliklər olacaq

Günün qoroskopu: Situasiyada dəyişikliklər olacaq
07 Mart 2021 - 0:14

ONN media bu günün qoroskopunu təqdim edir.

Qoç – son hadisələr, alınan məlumatlar perspektivləri düşünməyə, prioritetləri dəqiq müəyyənləşdirməyə zərurət yaradır. Ünsiyyəti minimuma endirin. Təhlil üçün əlverişli şərait yaradın. Fəaliyyət sahənizi qaydaya salın. Rutin saydığınız məqamlar cari durumu aydınlaşdırmağa imkan verəcək.

Günün ikinci yarısında seçimdə yanılmayın. Diaqnostika, müayinə, profilaktiki tədbirlərə başlamaq üçün yaxşı zamandır. Pəhrizi unutmayın.

Şəxsi münasibətlərdə qayğıkeş olun. Yardımlarınızı əsirgəməyin. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.

Buğa – istədiyiniz yox, vacib olan işlə məşğul olun. Fəaliyyət müstəvisində qayda yaradın. Yaxınlarınızın tapşırıq və xahişlərini yerinə yetirin. Belədə münasibətlərin ümumi fonu yaxşılaşar. Sizə yardım etmək istəyən insan var.

Günün ikinci yarısında əlavə gəlir və ya hədiyyə ola bilər. İrəliləyiş üçün fəallaşmağa ehtiyac duyulur. Yaxınlarınızı qayğı, diqqətlə sevindirin.

Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Əkizlər – ən kiçik, ilk baxışdan önəmsiz təsir bağışlayan hadisələrdə diqqətli davranın. Təfərrüatları nəzərdən qaçırmayın. Ev işlərini bitirməyə, məişət qayğılarını nizamlamağa vaxt ayırın.

Günün ikinci yarısında ideyalarınızı və ya yeni fikirlərinizi tərəfdaşlarla paylaşa bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. Axşam saatlarında romantikaya qapılmayın, praqmat olun. Dostlarla təmaslarda rasionallığa üstünlük verin.

İllüziyalara qapılaraq kobud səhvə yol verməyin.

Xərçəng – işlərinizi rasionallaşdırın. Məntiqlə davranın, qərarlarınızın ağıllı olmasına can atın. Detalları saf-çürük edin. Aldığınız məlumatı təhlilə uğradın. Yalnız bundan sonra yeni məqsədləri müəyyənləşdirmək olar.

Alış-verişə yollanmaq olar.

Günün ikinci yarısında təmasların sakit, konstruktiv olması gərəkdir. Münasibətlərdə harmoniyaya can atın.

Axşam saatlarında normal istirahət edin.

Şir – işlərinizdə səhman yaradın, başlanmış prosesləri səhmana salın. Təsərrüfatda gərəkli məhsulları alın.

Heç bir işdən çəkinməyin. Yaxın gələcəklə bağlı planlarınızı müzakirə edin, danışıqlar aparın. Yaxınlarınızla məsləhətləşə bilərsiniz. Praktiki mənaya malik ideyalar istisna deyil.

Axşam saatlarında səhhətinizin qeydinə qalın, normal istirahət edin. Stressdən qurtulmağa çalışın.

Qız – təşkilatçı olun, problemlərin çözümündə liderlik edin. Səlahiyyətləriniz arta bilər. Əlavə işlər və tapşırıqlar olacaq. Bununla belə, az işləyib çox qazanmağın yollarını düşünün.

Özünüzə və başqalarına qarşı iradlarınız artmasın.

Təxirə saldığınız, unutduğunuz məsələləri günün ikinci yarısında xatırlayın. İnformasiya mənbələrini yeniləyin, münasibətlərdə dönüş yaradın. Aldığınız mal və məhsula qiymətindən artıq pul ödəməyin.

Tərəzi – günün ilk yarısında etibarən yaranan problemlər nə qədər ağır və mürəkkəb olarsa, onları çözməkdə o qədər aktivlik nümayiş etdirin. Kreativ davranın. Lakin başqalarının əvəzinə işləməyin. Belədə ifrat yorğunluq və bihallıq istisna deyil.

Günün ikinci yarısı yaradıcılıq, dostlarla ünsiyyət, görüşlər üçün pis deyil. Xərclərinizin həddini bilin. Şəxsi münasibətlər üçün yaxşı zamandır. Cüzi təfərrüatları şişirdib keçilməz sədlərə çevirməyin. Qayğıkeş və səmimi olun.
 

Əqrəb – yaxın ətrafınızdakı insanla dil tapmağa çalışın. Qarşı tərəfin emosional durumunun incəliklərinə fikir verin. Əks təqdirdə ən cüzi səbəblərə görə iradlarla qarşılaşacaqsınız. İfrat tələbkarlıq ümumi işin ziyanınadır.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Kiməsə “həyatı anlatmaq” fikrinə düşməyin. Maraqlandığınız işə başlayın. Proses yarımçıq qalmamalıdır.

Axşam saatlarında alış-verişə yollanmaq olar.

Oxatan – proseslərə süni təkan vermək əvəzinə yaşananları diqqətlə müşahidə edərək lazımi nəticələr çıxarın. Gərəkli anda lazımi yerdə olmağı bacarın. Yardım və yaxşı məsləhət istisna deyil. Ümumi işi həmfikir və ya tərəfdaşlarla birlikdə bitirmək olar.

Günün ikinci yarısında qrup fəaliyyəti pis alınmayacaq. İşgüzar münasibətlərdə romantik hisslərə yer olmamılıdır.

Yaxın gələcəklə bağlı perspektivləri müzakirə edin. Sevdiyiniz insanla söhbət zamanı hisslərə qapılmayın, aqressiv olmayın.

Oğlaq – bir qədər aktiv çalışın, yaranan şanslardan maksimum istifadə edin. Gün ərzində sürprizlər az olmayacaq. İnformasiya mübadiləsi və ünsiyyətdə tapıntılar istisna deyil. Ev işləri ilə məşğul olmaq niyyətiniz varsa, çətinlikləri tələsmədən aradan qaldırın.

Günün ikinci yarısında səfər və ya uzaq yol istisna deyil. İnternetdə məlumat arayırsınızsa, vaxtınızı mənasız işlərə sərf etməyin. Real və ya virtual təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Dolça – maliyyə məsələləri və yaxın gələcəklə bağlı tələsik qərar verməyin. Situasiyada dəyişikliklər olacaq. Uzun müddətdən bəri, zəhmətlə hazırladığınız planlara yeniliklər edin. Önəmli tədbiri, görüşü və ya danışıqları ertələməyiniz məsləhətdir.

Günün ikinci yarısında hadisələrin axarı istədiyiniz kimi olmayacaq. Təsəvvürləriniz dəyişə bilər. Yaşananların laqeyd, apatik müşahidəçisi olmayın. Bəzi problemlər göründükləri qədər ağır və təhlükəli deyil.
 

Balıqlar – günün ilk yarısından etibarən güzəştlərə meylli olsanız, bir sıra mövqelərinizi itirə bilərsiniz. Qərarların qəbulundan bilərəkdən yayınmayın. İradəli və qətiyyətli olun. Güclü insan təsiri bağışlayın. Yaranmış situasiyanı təhlil etmək üçün aramla davranın.

Sizi indiyədək narahat etmiş məsələlərə günün ikinci yarısında cavab tapa bilərsiniz.

Müxtəlif mənbələrdən məlumat almağa çalışın. Yazışmanı bərpa edin. Axşam saatlarına dostlarla görüşmək, qonaq getmək, qonaq qəbul etmək olar. Təmir və yaşam arealında qayda yaratmaq üçün yaxşı zamandır.(milli.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png