ONN İnformasiya Agentliyi

Gürcü şahmatçısı “Netflix”i məhkəməyə verdi – BUNA GÖRƏ…

Gürcü şahmatçısı “Netflix”i məhkəməyə verdi – BUNA GÖRƏ…
17 Sentyabr 2021 - 15:50

Gürcü şahmatçısı Nona Qaprindaşvili “Netflix” film şirkətini “Kraliçanın gedişi” (“The Queen’s Gambit”) serialındakı bir epizoda görə məhkəməyə verib.

ONN media xəbər verir ki, bunu Gürcüstanın BLB vəkil firmasının vəkili Maya Mçariaşvili deyib.

“Serial efirə çıxandan sonra biz praktiki olaraq bu ittiham üzərində işləyirdik. 1968-ci ildən bəhs edən bir epizodda şərhçi deyir ki, şahmatçı Nona Qaprindaşvili heç vaxt kişi şahmatçılarla qarşılaşmayıb. Bu, düzgün deyil”, – Mçariaşvili bildirib.

İddia tərəfinin sözlərinə görə, 1968-ci ildə Qaprindaşvili dünyanın 50-dən çox şahmatçısı, o cümlədən Draqolyub Velimiroviç, Svetozar Qliqoriç, Boris Spasski və Mixail Talla qarşılaşıb.

Qaprindaşvili hesab edir ki, “Netflix” onu rus şahmatçısı kimi təqdim etməklə təhqirə yol verib.

Qaprindaşvili vurulan mənəvi ziyana görə şirkətdən 5 milyon dollar tələb edir.

Qeyd edək ki, Nona Qaprindaşvili Gürcüstanın Zuqdidi şəhərində anadan olub. İlk çempionluq titulunu 1962-ci ildə qazanan şahmatçı daha sonra 4 dəfə dünyanın ən yaxşı şahmatçısı seçilib. 1982-ci ildə o, “Şahmat Oskarı”nı qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png