ONN İnformasiya Agentliyi

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ- Üçüncü yazı

HAYLARIN ÖN QAFQAZDA RUS İMPERİYA TARİXİ- Üçüncü yazı
11 Mart 2020 - 12:01

Arsaklıların Ön Asiyaya və Ön Qafqaza ikinci böyük yürüşləri II Mitradatın (m.ö.123-88) dövründə başlayır.

Tarix xəbər verir ki, II Mitradat  Əfqanıstanın və Sindin (indiki Hindistanın) bir hissəsini ələ keçirdikdən sonra böyük yürüşlə Yaxın Şərqə gəlir. O, Arme çarı Artavastın üstünə güclü ordu hissəsi göndərir. Artavast qeyri-bərabər qüvvə ilə üz-üzə döyüşə girir, ancaq məğlub olur. Bundan sonra Artaksinin dövründə Arme çarlığının hərbi-inzibati ərazisinə daxil edilmiş Frat (Fərat) çayının yuxarı axarından başlayaraq, Anadolu torpaqları və Alban dənizinədək olan Ön Qafqaz torpaqları II Mitradatın işğal ərazisinə çevrilir. Bununla da Part imperiyasının hərbi-inzibati coğrafiyası Ön Asiyanın və Ön Qafqazın torpaqları hesabına genişləndirildi. Beləliklə, Başbuğ Arsakın banisi olduğu Arsaklı sülaləsinin 475 illik Part-türk imperiyasının tarixi hüdudları yaranmış oldu.

Arsaklı çarları tarixin ayrı-ayrı çağlarında Part imperiyasının mü­vəq­qə­ti hərbi-inzibati ərazisinə daxil edilmiş Ön Asiyanın qərb əyalətlərində və Ön Qafqazda ayrı-ayrı valilik bölgələri yaratdılar. Onlar Kiçik Asiyada Qalis (Qızıl İrmak) çayınadək olan vilayətləri əhatə edən birinci va­li­li­yin mərkəzini İraqın şimalında yerləşən Ktezifonda, Ön Qafqaz Oğuz Al­baniyasının qərb ərazilərinin bir hissəsindən (Ağrı dağı vadisindən) axıb keçən Araz çayının sol sahilindən Göyçə gölünün Qərb sa­hi­li­nə, öl­kə­nin cənubundan qədim Nəxçu elində Dərəşam qala şəhərindən Şi­ma­la Fasis (indiki Rion) çayının cənub sahillərində hüdudlanan geniş ər­a­zi­lə­ri əhatə edən ikinci valiliyin mərkəzini Valarşapatda (bu şəhəri çar Vologez /Valarşa (m.s.117-140) öz şərəfinə saldırmışdı), Göyçə gölünün Şərqindən Alban də­nizinin ləpədöyəni arasında yerləşmiş vilayətləri – Cənubdan qədim Kas­piana (“kaspilər” oğuzların nəsil qollarından biridir) ölkəsindən Dərbənd daxil olmaqla, qədim Azərbaycan torpaqlarının şimal sər­hədlərini əhatə edən üçüncü valiliyin mərkəzini Part şəhərində (M.Xorenatsidə “Partav”, ərəb mənbələrində “Bər­də”) yerləşdirmişlər.

Qeyd edək ki, II Mitradat (m.ö.123-88) imperiyanın adını Ön Qafqazda tarixə çevirmək üçün “Part” namında böyük vilayət şəhərini saldırmış, onun tərkibində indiki Qarabağ torpaqlarını əhatə edən coğrafiyada imperiyanın banisi Başbuğ Arsakın şərəfinə “Arsak” adında ərazi bölgəsini yaratmışdır. Bu tarixi hadisə bu gün ermənilərin Kremlin təhriki ilə qaldırdıqları saxta “erməni Artsax”ı hay-küyündən təxminən iki min 150 il əvvəl baş vermişdir. Tarix bu dövrdə nə “hay”, nə də “armyan” adında əhali tanıyırdı. Bu gerçək həqiqətə baxmayaraq, başqa soydaşları kimi, N.Adons da tarixən yarıdilənçi vəziyyətində yaşamış babalarını uydurma “armyan arsaklıları” adı ilə süni şəkildə ümumtürk tarixini 475 illik Part imperiya epoxasına şərik etməyə çalışır. O, yazır: “Fərada qədər (Part çarlığına işarə edir. – Ə.T.) Böyük Armeniyanı təşkil edən torpaqların sahibi armyan arsaklıları idi. Roma və  Persiya arasında mübarizə də ancaq Böyük Armeniya uğrunda gedirdi.”

Erməni tarixçilərinin iddia etdikləri “Böyük Armeniya” anlamının real tarixi əsası yoxdur. Bu mifik uydurmanı kilsə üç türk dövlətinin (Biaini, Arme, Part) gerçək tarixindən bəhs edən mifloji və filoloji materiallar əsasında  anonim keşiş Moisey Xorenatsinin adına  tərtib etdiyi “tarix” kitabında  səsləndirmişdir. Bu barədə bir qədər əvvəldə danışdıq.

N.Adons aşağıdakı cümlədə fikrini bir qədər də dəqiq ifadə etməyə çalışır. O,yazır: “387-ci ildə baş verən mübahisənin və bölüşdürmənin predmeti məhz Arsaklıların torpaqları idi.”

Mötəbər mənbələrdən məlumdur ki, N.Adonsun nişan verdiyi tarixin “387-ci ilindən” 163 il əvvəl (Ərdəşir Papakan 225-ci ildə Part imperiyasının Yekbatanda (Həmədanda) yerləşən mərkəzini işğal etdi, Pers-Sasani sülaləsinin əsasını qoydu) Arsaklıların Ön Asiyada olan hakimiyyətlərinə son qoyulmuşdur. Bununla da Part imperiyasının 300 ildən artıq bir dövrdə hərbi-inzibati ərazisinə müvəqqəti daxil edilmiş Ön Asiyanın qərb torpaqları Pers-Sasani sülaləsinin işğal dairəsinə daxil edilmişdir. Bu torpaqların qədim sahibləri nə Arsaklı-türk sülaləsi, nə də Sasani-Pers sülaləsi idi. N.Adonsun qeyd etdiyi tarixin 387-ci ilində Roma və Persiya arasında gedən qanlı döyüşlər Fəratın (Fratın) yuxarı axarında yerləşən Artaksinin banisi olduğu 200 illik “Arme çarlığı”na aid torpaqlar uğrunda gedirdi. Ölkənin qədim yerli əhalisi Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfaları idilər.

Deyilənlərdən aydın olur ki, erməni kilsəsinin və onun tarixçi varislərinin tarixin tanımadığı hay (armyan) babalarını uydurma “armyan arsaklıları” (“erməni arşakuniləri”) adı ilə Part imperiyasının banisi Başbuğ Arsakın çar sülaləsinə bağlamaları erməni xalqının özü qədər saxtadır! Bu baxımdan Manuk Abeqyanın adını çəkdiyi “Arsak vadisi” iddiası ilə 1828-ci ildə rusların gətirib Azərbaycan türklərinin torpaqlarına yerləşdirdikləri yarıdilənçi babalarının Ön Qafqaz tarixini süni şəkildə qədimlərə atır. O, yazır: “Güman ki, ermənilər m.ö.V əsrdə Taron istiqamətində Şimala hərəkət etmiş və Arsak vadisinə gəlmişlər.”

Etnokökü bu günə kimi elmə məlum olmayan babalarının guya Anadolu torpaqlarından m.ö.V əsrdə Ön Qafqazda “Arsak vadisi”nə “gəlmələri”ni iddia edərkən “güman”dan başqa Manuk Abeqyanın əlində hər hansı yazılı mötəbər mənbə, yaxud arxeoloji, antropoloji və linqvistik  maddi-mədəniyyət nümunələri yoxdur, ola da bilməz. Ancaq erməni alimi gözəl bilirdi ki, rusların 1828-ci ildə beş ölkədən toplayıb gətirdikləri yarıdilənçi babalarının tarixini, əsassız torpaq iddiası ilə əlaqədar, Azərbaycan türklərinin qədim Ön Qafqaz torpaqlarına m.ö. V əsrdən bağlamağa çalışır. Bu, erməni şizofreniyasıdır, erməni alimlərinə kilsədən gələn əcdad xəstəliyidir! Əgər bu iddia şizofreniya xəstəliyinin nəticəsi olmasaydı, şübhəsiz, Manuk Abeqyan xalqların tarixinə ayıq və sağlam ağılla yanaşardı və o zaman başa düşərdi ki, m.ö.V əsrdə tarix səhnəsində nə Part imperiyasının banisi Başbuğ Arsak, nə də onun Arsaklı çar sülaləsi var idi, nə də ki, Azərbaycan türklərinin qədim coğrafi ərazisində “Arsaklı vadisi” anlayışı.

Bütün bu tarixi həqiqətlərə baxmayaraq, işğalçı rus imperiyası XIX əsrin əvvəllərindən başlayaraq, köçkün erməniləri “qədim yerli əhali” etmək məqsədilə “Türksüz Ön Qafqaz” ideoloji ölüm konveyeri yaratdı. İmperiya Azərbaycan türklərinin Ata tarixini zaman-zaman günahsız, havadarsız insanların qanı ilə örtməyə, görünməz etməyə çalışdı. Ancaq tarix tarixiliyində qaldı!

Bu baxımdan Kremlin daşnak-bolşevik ünsürlərinin xüsusi göstərişi ilə “erməni Dağlıq Qarabağı” tarixi yazmaq üçün Qarabağa gəlmiş görkəmli alim İ.Petruşevskinin rəhbərliyi altında geniş iş aparan ekspedisiyanın rəyi maraqlıdır.

İ.Petruşevski 1930-cu ildə yazırdı ki, Dağlıq Qarabağın ayrı-ayrı kəndlərində yaşayan erməni ailələrinin babalarının bir qismi XVII əsrin II yarısından başlayaraq, Cənubi Azərbaycanın Qaradağ mahalından günəmuzd iş üçün zaman-zaman gəlib yerləşmiş rəncbərlərdir. Onların ikinci qismi 1860-cı ildə rus imperatorluğu tərəfindən yenə də Qaradağ mahalından kütləvi köçürülüb gətirilmiş və Qarabağda məskunlaşdırılmışdı.

N.Emin də hadisə ilə bağlı eyni fikirdədir. O, yazırdı: “Qarabağ kəndlərinin xeyli hissəsi Persid Qaradağından, Türkiyədən və başqa yerlərdən gətirilib yerləşdirilmiş köçkün ermənilər idi.” Bu da “ermənilərin Qarabağ kəndlərində “nəslən sosial paleontologiyasının olmaması”na gətirib çıxarmışdı.” N.Emin “Qarabağın heç zaman erməni mədəniyyətinin mərkəzinə “çevrilməməsi”nin səbəbini də bu tarixi amildə görürdü.

Təsadüfi deyildir ki, erməni arxeoloqu S.Ter-Avetisyan da Qarabağın qədim Albaniyanın bir hissəsi olduğunu yazırdı. Maraqlıdır ki, o, eyni zamanda, II Mitradatın inşa etdirdiyi Part (Partav/Bərdə) şəhərini Albaniyanın mərkəzi olduğunu da qeyd edirdi.

Erməni tarixçisi N.Adons da qarşısında dayanan təkzibedilməz maddi sübutlardan yan keçə bilmir, Dağlıq Qarabağ tarixi ilə bağlı həqiqəti etiraf etməyə məcbur olur: “Artsax həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur.”

Tarix bu qədər aydın olduğu halda, etnokökü bu günə kimi elmə məlum olmayan, ümumtürk tarixinin 475 illik Part epoxasının imperiya banisi şanlı babamız Başbuğ Arsakın adını yaşadan  “Arsak” toponiminin mənasını, tarixi kökünü bilməyə-bilməyə cəfəng, savadsız bəyanatlarla haray-həşir salan, “klassik həyasızlar”a – erməni başçılarına beynəlxalq ictimaiyyət demir ki, Qarabağı qan çanağına çevirən rusların işğal etdikləri qədim Oğuz türklərinin torpaqlarına siz hansı haqla sahib çıxırsınız? Demirlər və deməyəcəklər də! Çünki güc xristiandadır, torpağı yağmalanan, qanı axıdılan türkdür, müsəlmandır. Ancaq unudurlar ki, qoca dünya çox imperiyalar yola salmışdır. Buynuzsuz qoçun buynuzlu qoçdan alacağı divanı unudanlar cahildirlər, nadandırlar! Son nümunə  – Hitler faşist almaniyasının faciəli taleyi hər kəsə tarixi nümunə olmalıdır!!!

“Arsak” toponimi ilə əlaqədar qısaca dediklərimizə nəticə olaraq söyləyək ki, rusların himayəsi altında babalarını Ön Qafqazda “qədim yerli əhali” kimi qələmə verməyə çalışan cahil və nadan erməni tarixçilərinin əsassız iddialarını təkzib edən tarixi dəlillər kifayət qədərdir.

Professor Əjdər TağıoğluTuran Araşdırma Mərkəzi-nin sədri.

PS: Yazının 1-ci hissəsini, burdan oxuya bilərsiz. https://onn.az/banner/haylarin-on-qafqazda-rus-imperiya-tarixi-1-ci-hiss%c9%99/

Yazının 2-ci hissəsini, burdan oxuya bilərsiz. https://onn.az/banner/haylarin-on-qafqazda-rus-imperiya-tarixi-2-ci-yazi/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png