ONN İnformasiya Agentliyi

Hirkan Milli Parkında yanğın lokallaşdırıldı – RƏSMİ

Hirkan Milli Parkında yanğın lokallaşdırıldı – RƏSMİ
16 Yanvar 2021 - 22:41

Hirkan Milli Parkının Astara rayonu ərazisində – onun yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə ONN media -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da artıq yanğının lokallaşdırılmasına nail olunub”.

Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png