İlham Əliyevə qılınc hədiyyə edildi – FOTOLAR
İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə xatirə hədiyyəsini təqdim edib.
ONN media xəbər verir ki, görüş çərçivəsində dövlət başçısı Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə xatirə şəkili çəkdirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.