ONN İnformasiya Agentliyi

İlham Əliyevdən Ermənistandakı vəziyyətə İLK REAKSİYA

İlham Əliyevdən Ermənistandakı vəziyyətə İLK REAKSİYA
26 Fevral 2021 - 11:23

“Ermənistanda baş verənlər bu ölkənin daxili işidir, ona görə də şərh etmək istəməzdim. Biz başqa ölkələrin daxili məsələlərinə qarışmırıq. Amma, hesab edirəm ki, bu gün Ermənistanın düşdüyü vəziyyət əvvəlki və hazırkı hakimiyyətin apardığı siyasətin nəticəsidir. Bu da Ermənistanda dövlətçilik əsaslarını sarsıdır”.

ONN media  xəbər verir ki, bu sözləri hazırda yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Prezident bildirib ki, Ermənistanda hadisələrin gedişatından asılı olmayaraq müharibənin nəticələri dəyişməz qalır və 10 noyabrda imzalanmış bəyanat icra edilməlidir, ediləcək: “Əks təqdirdə, Ermənistan  daha da ağır duruma düşə bilər. Onlar yeni reallıqlarla barışmalı və hesablaşmalıdırlar. Onlar üçün ən məqbul seçim bəyanatın müddəalarını icar etməkdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png