ONN İnformasiya Agentliyi

İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR

İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
12 Yanvar 2020 - 15:17

Cavid İSMAYIL, xüsusi olaraq ONN üçün.

Tariximizə nəzər salsaq görərik ki, bütün dönəmlərdə xalqımız şəhidlər verib. Bu gün də, xalqımız mənfur düşmənlərə qarşı ölüm-qalım savaşında yer almaqdadır. Azərbaycanın o bölgəsi yoxdur ki, şəhidlər xiyabanı olmasın.

Bakı şəhərində yerləşən şəhidlər xiyabanının tarixçəsi hər birimizə məlumdur. Burda uyuyan igid, cəsur, qəhrəman millət övladları Vətənimizin müstəqilliyi, xalqımızın milli azadlığı uğrunda rus imperiya maraqlarına xidmət edən sovet tanklarının qarşısına çıxaraq və həmin imperiya marağının yaratdığı erməni quldurlarına qarşı döyüşən, Vətənimizin sərhədlərinin bütövlüyü uğrunda canlarını fəda edərək ən ali məqama ucalan şəhidlərimizdir.

Bu gün, sosial şəbəkələrdə bir video qarşıma çıxdı. Bir neçə özünü bilməz hindli olduqları iddia edilən tör töküntü, həmin müqəddəs and yerimiz olan Şəhidlər xiyabanımızda hoqqabazlıq ediblər.

Xatırladım ki, elə bu məkanın giriş hissəsində 2019-cu ilin may aylarında 2-nəfər Gürcüstandan olan turist əlində plakat açaraq dövlətimizin ərazisinə qarşı iddiala çıxış etmişdirlər. İndi isə bu mənəviyyatsızlar, xalqımızın AND YERİ OLAN, DÖVLƏTİMİZİN VARLIĞI UĞRUNDA canının fəda etmiş qəhrəmanlarımızın uyuduğu bu müqəddəs yerdə növbəti sayqısızlıq etdilər.

Bizim heyvan dediyimiz inəyə, müqəddəs varlıq kimin baxan bir cəmiyyət üzvləri, şəhidin müqəddəsliyini hardan anlasın.

Mənə isə, maraqlı gələn budur ki, bu ərazidə xidmət aparan hüquq mühafizə əməkdaşları, eyni zamanda Xiyabanın məsul əməkdaşları həmin vaxt harada, nəyə başları qarışıbmış ki, növbəti belə sayqısızlıq baş verib.

Eyni zamanda, yenə də 2019-cu ildə Naxçıvan MR Daxili İşlər nazirinin keçmiş müavini Siyavuş Mustafaev övladları ilə birgə milli qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu gün həmin müqəddəs AND YERİMİZ olan ŞƏHİDLƏR XİYABANINA Azərbaycan və Türkiyə bayraqları ilə gələrək oranı ziyarət etdikdə, həmin ərazidə xidmət edən polislə olan məlum insindenti də xatırladım. Çox qəribə hadisələrdi.

Əfəndilər, nələr baş veriri? Bu hadisələr təsadüfdürmü?

Şəxsən mən, belə halların təsadüf olmasına inanmıram. Bəs siz necə?!

Sonda isə, bütün turizm şırkətlərinə və bu sahəyə nəzarət edən Dövlət orqanlarına sözüm budur ki, ölkəmizə qonaq gələn hər bir şəxs məlumatlandırılmalıdır ki, Vətənimizin hər bir Vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi olduğu və hər bir şəhidimiz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək, hər birimizin şərəf simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik.

Bir sözlə, Şəhidlərimiz qürurumuz! Şəhidlər xiyabanı and yerimizdir!

Doğrudur, “Qonaq Allah qonağıdır”, “Qapımız qonağa hər zaman açıqdır”, “Qonağın gözüm üstə yeri var” dədədən belə öyrənib, belə görüb, belə də qəbul etmişik. Lakin Vətənimizə gələn hər bir qonaq anlamalıdır ki, xalqımıza, Vətənimizə və bütün dəyərlərimizə sayqı göstərmək isə, hər bir qonağın borcudur! Bunu isə onlara bildirmək məhz sizlərin borcudur!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
İNƏYİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR… – CAVİD İSMAYIL YAZIR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png