ONN İnformasiya Agentliyi

“İnanıram ki, qəbul edəcəyi qərarlarla tarixi bir qurultay olacaq” – “91-lər”dən olan tanınmış professordan Prezidentə müraciət

“İnanıram ki, qəbul edəcəyi qərarlarla tarixi bir qurultay olacaq” – “91-lər”dən olan tanınmış professordan Prezidentə müraciət
04 Mart 2021 - 21:50

“Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri, Ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından və siyasi sirdaşlarından, Yeni  Azərbaycan  Partiyasının  fəal  qurucularından olan məhşur “91-lər”dən  professor  Əjdər  İsmayılov  YAP-ın  martın 5-də  keçiriləcək  qurultayı  ilə  bağlı  Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevə  müraciət  edib.

Müraciətdə  deyilir:

Əziz Prezidentimiz, RƏŞADƏTLİ Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevə!

Cənab Prezident!

Hər şeydən əvvəl rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının növbəti qurultayı münasibətilə Sizi təbrik edirəm və çox şadam ki, bu qurultayda Siz torpaqları işğaldan azad edən bir ölkənin Prezidenti-RƏŞADƏTLİ Ali Baş Komandanı kimi iştirak edəcəksiniz. Sizin keçirdiyiniz hissləri çox gözəl başa düşürəm.

Şox əfsuslar olsun ki, iki aydan artıqdır ki, COVİD-19-a yoluxmağım və xəstəlikdən sonra səhhətimdə yaranan problemlərin bərpası hələ də tam bitməmişdir. Bu baxımdan çox təəssüf edirəm ki səhhətim, partiyamızın qurultayına qatılmağıma imkan vermir.

Cənab Prezident!

Mən inanıram ki, dünyada formalaşan yeni geosiyasi vəziyyətlər fonunda Vətən naminə daha böyük siyasi hədəflərə çatmaq üçün bu qurultay, qəbul edəcəyi qərarlarla tarixi bir qurultay olacaq.

Zənnimcə bu, tarixin tələbi olmaqla yanaşı bütün yaşadığı ömür yolunun, xüsusən də müstəqil Azərbaycan dövründə yaşadığı zaman kəsiyində özünü dünya siyasətinin baş memarı kimi sübut edən qorxmaz, mübariz, müdrik ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu, qədim Azərbaycan dövlətçiliyinin Yeni Azərbaycan epoxasının sürətli inkişafı üçün vacibdir.

Eyni zamanda, bu tarixi, şərəfli yolda məğrur addımlamaq üçün Sizə, həmin odlu-alovlu günlərdən bu günədək alın açıqlığını qoruyan, partiyanın yarandığı ilk vaxtlardan bizlərin yanında bu yola öz varlıqları ilə bağlı olaraq formalaşan və bu gün də öz əməlləri ilə ümummilli liderin siyasətinə səmimi və təmənnasız sadiq olan Vətənsevər, mübariz gənclərimizin dayaq olacağına şübhə etmirəm.

Mən isə Allahın verdiyi nə qədər ömrüm varsa xalqının, vətəninin taleyinə candan bağlı olan, dövlətçiliyini müqəddəs sevgi ilə qorumağa hər zaman hazır dayanan qorxmaz, çəkinməz bir vətəndaş ziyalı və məşhur “91-lər” kimi dünən də, bu gün də özümü ümummilli liderimizin siyasətinin sadiq əsgəri hesab etmişəm və yenə  də edirəm. Naxçıvan Vilayətində Müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda 1992-ci ildə apardığımız o ölümlü və fəlakətli günlərdə Heydər Əlirza oğlunun ən yaxın silahdaşı və siyasi sirdaşlarından olaraq, həyatımız bahasına qurduğumuz dövlətin hər zaman ideoloji cəbhəsində dayanmışam, bu gün də Müsəlləh Əsgər kimi Sizinlə bir cəbhədəyəm!

Cənab Prezident!

Bir daha Sizi və qurultay iştirakçılarını bu möhtəşəm tədbir münasibətilə təbrik edir və qurultaya öz işində uğurlar arzulayıram.

Hörmətlə, professor Əjdər İsmayılov.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png