ONN İnformasiya Agentliyi

“Instagram”a “TikTok”dakı kimi… – YENİLİK

“Instagram”a “TikTok”dakı kimi… – YENİLİK
13 Noyabr 2019 - 23:56

Instagram’a TikTok’dakı kimi video redaktor əlavə oluna bilər.

ONN media xəbər verir ki, Instagram üçün Scenes adlı video redaktor hazırlayır.

Məlumatda qeyd edilib ki, əvvəllər həmin redaktorun adı Clips idi.

Təqdim edilmiş fotodan da görmək olar ki, Scenes adlı video redaktorda TikTok-dan olan bir çox özəllik var. Belə ki, Scenes-də də musiqilərdən, AR effektlərdən istifadə etmək olacaq və həmçinin videoları sürətləndirmək də mümkün olacaq. Əgər hansısa Instagram istifadəçsinin hesabı hamı üçün açıqdırsa digər istifadəçilər də həmin videolardan mikslər düzəldə biləcəklər. Instagram-ın Scenes video redaktorunu öz platformasına əlavə edib-etməyəcəyi barəsində bir məlumat yoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png